Görkəmli ictimai-siyasi xadim, pedaqoq və publisist
Tarixi şəxsiyyətlər

Görkəmli ictimai-siyasi xadim, pedaqoq və publisist

Görkəmli yazıçı, dramaturq, publisist maarifçi kimi Nəriman Nərimanov Azərbaycan ədəbiyyatının mütərəqqi, demokratik fikirlərlə zənginləşməsinə böyük töhfələr vermiş, xalqının taleyində mühüm rol oynamışdır. Bu il aprelin 14- xalqımızın bu böyük oğlunun anadan olmasının 153 ili tamam olur. Bu münasibətlə Nəriman Nərimanov irsinin tədqiqatçısı Respublikaqəzetinin baş redaktoru olmuş professor Teymur Əhmədovun ədib haqqında yazısını oxuculara ixtisarla təqdim edirik.

Nəriman Kərbəlayı Nəcəf oğlu Nərimanov 1870-ci il aprel ayının 14- Tiflis şəhərində yoxsul bir ailədə doğulmuşdur. Ona əslən Cənubi Azərbaycanın Urmiya mahalından olan ulu babasının adını vermişlər. Nəriman hələ kiçik yaşlarından öz ağıllı davranışı, iti zəkası, həssaslığı ilə diqqəti cəlb etmişdi. Həlimə xanımın şirin nağılları, Kərbəlayı Nəcəfin böyük qardaşı Əlimirzənin ürəkaçan söhbətləri balaca Nərimanın mənəvi qidasına çevrilmişdi. Nəriman 1879-cu ildə Tiflis ruhani məktəbinə daxil olur. Zaqafqaziya maarif müfəttişliyinə tabe olan bu məktəbdə proqrama şəriət dərsi, Azərbaycan, fars ərəb dillərinin tədrisi daxil edilsə , təhsil əsasən rus dilində keçirilirdi. Buna görə Nəriman ciddi çalışır, çoxlu mütaliə edirdi. İlk təhsil müvəffəqiyyətlə başa çatır. Nəriman 1885-ci ildə məktəbi bitirir, təhsilini davam etdirmək üçün Qori şəhərindəki Zaqafqaziya müəllimlər seminariyasına hazırlaşır. N.Nərimanov seminariyanın ibtidai hazırlıq kursuna 1885-ci ildə, on beş yaşında ikən daxil olmuşdu. Seminariyanın qeyri-adi həyatı sıxıntılı idi. Burada tələbələr ağır rejim şəraitində təhsil alırdılar. Rus dilinə şəriət dərslərinə xüsusi qayğı göstərilirdi. Prof. Əziz Şərifin dediyi kimi, "çar mütləqiyyətinin fikrincə, rus dili gələcək müəllimləri çarizmin yerlərdəki ruslaşdırma siyasətinin təbliğatçısına çevirməli, şəriət isə onların qulluq vaxtı dindarlıq mövqelərində möhkəm durmalarını təmin etməli idi". Seminariyanın ağır qayda-qanunu, qapalı pansion həyatı gənc Nərimanın qəlbini sıxırdı. Lakin oxumaq arzusu onun varlığına hakim kəsilmişdi; o, hər şeylə maraqlanır, müntəzəm mütaliə edirdi. Nərimanın elmə coşğun marağı onun ilk müəllimləri - Səfərəli bəy Vəlibəyovun, Nikolay Lomaurinin, Əbdüssalam Axundzadənin Karp Urusovun nəzərini cəlb etmişdi. Onlar Nərimanın gələcəyinə inanır, ona qayğı ilə yanaşırdılar. Səfərəli bəy Vəlibəyovun şəxsində gənc Nəriman özünün ən yaxın məsləhətçisini tapmışdı.

Nəriman 1886- il may ayının 21- tatar şöbəsinin yuxarı hazırlıq kursuna dəyişdirilir burada bir il oxuyur. Yuxarı hazırlıq kursunda Nərimanın qayğısı artmışdı. Seminariya tələbələri demək olar ki, səhərdən axşama kimi ciddi nəzarət altında çalışırdılar. Onlar rus dili şəriət dərsləri ilə yanaşı, həndəsə, cəbr, tarix coğrafiya fənləri keçir, musiqi mahnı öyrənirdilər. Seminariyanın pedaqoji şurasının 30 may 1887-ci il tarixli protokolundan məlum olur ki, yuxarı hazırlıq kursunu müvəffəqiyyətlə bitirən N.Nərimanov seminariyanın üçillik əsas şöbəsinə dəyişdirilmişdir.

Nəriman hələ seminariyada oxuyarkən taleyini xalqın taleyinə bağlamışdı. O, doğma xalqa, vətənə xidməti müqəddəs vətəndaşlıq borcu şərəf bilirdi. "Kəşkül" qəzeti 28 iyun 1890- il tarixli nömrəsində yazırdı: "Qori darülmüəllimin məktəbini bitirənlərdən bir qrupuna iyun ayının 6-da müəllimlik şəhadətnaməsi verilmişdir. Bunlardan biri tiflisli N.Nərimanzadədir. Müəllimlik şəhadətnaməsi alanlar bu günlər mətbəəmizə dəxi gəlib, irəlidə vətən əbnayi-vətənə xidmətlər edəcəklərini vəd vermişdirlər".

Məlum olduğu kimi, N.Nərimanovun ictimai şüur düşüncələri, maarifpərvərlik baxışları Zaqafqaziya müəllimlər seminariyasında oxuduğu vaxtlar (1885-1890) yaranmışdır. Bu dövrdə seminariyaya mürtəce fikirli S.N.Stereleskin rəhbərlik edirdi. Onun dövründə seminariyanın ciddi, sərt qayda-qanunları daha da kəskinləşmişdi. Qafqaz təhsil dairəsinin müdiri K.P.Yanovski qatı monarxiyaçı müəllimlərin köməyi ilə tələbələr arasında milli ayrı-seçkilik əhvali-ruhiyyəsi yaradır, yerli dillərin tədrisinə qarşı çıxır, mütərəqqi ideyaların yayılmasına yol vermirdi.

İyirmi yaşlı Nəriman 1890- il sentyabr ayının 1-dən Tiflis quberniyasının Borçalı qəzasındakı Qızılhacılı kənd ibtidai məktəbində müəllimlik fəaliyyətinə başladı. Nəriman seminariyanın hələ son kursunda ikən Aleksandrovsk müəllimlər institutunda təhsilini davam etdirmək istəyirdi. Lakin atasının 1889-cu il noyabr ayının 20- ürək xəstəliyindən qəflətən vəfat etməsi onun gələcək planlarını pozdu. O, sonralar öz tərcümeyi-halında yazırdı: "Hələ seminariyanın buraxılış sinfində oxuyarkən mən təhsilimi müəllimlər institutunda davam etdirmək arzusunda idim. Lakin təəssüf ki, seminariya sinfini qurtarmağa bir neçə ay qalmış atam vəfat etdi. Bu hal mənə çox ağır təsir etdi. Mən təhsilimi davam etdirmək arzusundan əl çəkdim atamın vəfatından sonra yaşamaq üçün heç bir vəsaiti olmayan ailəmiz haqqında fikirləşməli oldum".

Məktəbə üç-dörd uşaq gəlirdi ki, bunlar da yerli bəylərin balaları idilər. Lakin yerli bəylər məktəbə soyuq münasibət bəsləyirdilər. Onlar Nərimanın yoxsul kəndlilərlə rəftarından narazılıq edirdilər. Çünki Nəriman Qızılhacılıya gəldiyi ilk gündən yoxsul kəndlilərin xeyir-şərinə qarışır, yeri düşəndə onların təəssübünü çəkirdi. Bir hadisə isə yerli bəylərin Nərimana münasibətini daha da kəskinləşdirmişdi. Nərimanın avam kəndli kütlələrinin gözünü açması, onun təəssübünü çəkməsi yerli bəylərin narazılığı ilə qarşılanırdı. Onlar öz uşaqlarını məktəbə buraxmır, məktəb vergisindən boyun qaçırır, gənc müəllimi təqib edirdilər. Nəticədə Nəriman Qızılhacılı kəndini tərk etməyə məcbur olur.

Nəriman Nərimanovun Bakı həyatı ağır, məşəqqətli keçsə , şərəfli mənalı olmuşdur. Ömrünü doğma xalqının maariflənməsi mədəni yüksəlişinə həsr etmiş gənc müəllim üçün Bakı şəhəri əsl mübarizə meydanı idi. Çünki neft milyonlar səltənəti feodal münasibətləri çərçivəsinə sığmır, bətnində sürətlə böyüməkdə olan burjua ictimai münasibətlərinin mənəvi əzabını çəkirdi. Siyasi-ictimai mədəni aləmdə bir təşviş narahatlıq vardı. Zəmanə tərəqqi yüksəliş sorağında idi. Belə bir vaxtda Bakıya gələn Nərimanın iyirmi bir yaşı vardı. O, gənclik eşqi ehtirası ilə müəllimlik fəaliyyətinə başlayır. Lakin çox çəkmir ki, xalq arasında maarifpərvər xadim kimi tanınır. Nəriman Bakıda yaşadığı on il ərzində bacarıqlı müəllim, görkəmli yazıçı, tərcüməçi, alovlu jurnalist istedadlı aktyor kimi ümumxalq şöhrəti qazanır. Bakının mədəni həyatında nurlu çıraq olan Nəriman zülmət səltənətini işıqlandırır, həmvətənlərini qəflətdən ayıldır, onlarda ictimai mühitə qarşı tənqidi münasibət oyatmağa çalışırdı.

Gənc Nəriman Qızılhacılı kənd məktəbini tərk etdikdən sonra bir müddət işsiz qaldı. Tiflis mahalının Borçalı qəzasında müsəlman məktəbi yox idi. Buna görə əmisi Əlimirzə ona Bakıya köçməyi məsləhət görmüşdü. Çünki Sultanməcid Qənizadə Həbib bəy Mahmudbəyovun Bakıda açdıqları yeni tipli "Rus-tatar məktəbi"nin şöhrəti bütün Qafqaza, Orta Asiyaya yayılmışdı. Gənc Nəriman özü Bakıda belə bir xüsusi məktəb açmaq istəyirdi. Onun arzusu A.O.Çernyayevski S.Vəlibəyovu da sevindirdi. Onlar istedadlı işgüzar tələbə kimi tanıdıqları Nərimanın Bakıda rus-tatar məktəbi açmaq istədiyini bəyəndilər. N.Nərimanov Bakıya gəlməsi haqqında sonralar yazırdı: "Rus-tatar məktəbi" açmaq məqsədilə Bakıya köçdüm. Belə ki, həmin ildə Bakı şəhər idarəsi rus-tatar məktəbləri açmağa başlamışdı. Mən yeni açılmış rus-tatar məktəblərinin birinə daxil olmağı məqsədəuyğun hesab etdim, mənim xahişim qəbul olundu. Lakin elə bu vaxt Bakıda Pobedonostsevin şəxsi progimnaziyası açıldı. Ora əlifba şöbəsində dərs deməyə seminariyada təhsil almış müəllim lazım oldu. Bəzi adamların zəmanəti ilə mən hazırlıq sinfinin aşağı şöbəsinə müəllim təyin olundum. Orada progimnaziyanın şəhər gimnaziyasına çevrilməsinə qədər işlədim. Belə ki, Maarif Nazirliyinin sərəncamına əsasən müsəlman müəllimi dövlət qulluğunda işləyə bilməzdi. Ona görə mən ştatdan kənarda qaldım. O zaman yerli realnı məktəbin direktorunun binagüzarlığına əsasən mən cənab maarif naziri tərəfindən realnı məktəbə sinif mürəbbilərinin ştatlı köməkçisi təyin olundum. Həmin ilin yazında Bakı kişi gimnaziyasında eyni vəzifəyə keçirildim".

N.Nərimanovu Bakıda milli qiraətxana açılmaması da çox narahat edirdi. Nəhayət, o, 1894- ilin aprel ayında qiraətxananın açılmasına nail oldu. Nəriman onu yaşatmaq üçün teatr tamaşaları təşkil edir, xarici ölkələrin kitabxana, qəzet jurnal redaksiyaları ilə sıx əlaqə yaratmağa çalışırdı. Bu vaxt onun "Nadanlıq" əsəri çapdan çıxır. Nəriman ikinci dram əsəri "Dilin bəlası" üzərində işləyir. 1895-ci ildə "Dilin bəlası" komediyası nəşr olunur. 1896- il may ayının 7-dən N.Nərimanov Bakı realnı məktəbində sinif mürəbbilərinin ştatlı köməkçisi vəzifəsinə təyin olundu. Eyni zamanda həmin vəzifəyə görə ona kollec katibi mülki rütbəsi verildi. N.Nərimanov 1896- ilin sentyabr ayının 1-dən isə Qafqaz təhsil dairəsi müdirinin təklifi ilə Pobedonostsevin şəxsi progimnaziyası bazası əsasında yaranan imperator III Aleksandr adına Bakı kişi gimnaziyasında eyni vəzifəyə dəyişildi. Burada N.Nərimanov özünü işgüzar, nümunəvi müəllim kimi göstərdi.

1900- il yanvar ayının 1- yüksək səviyyəli pedaqoji xidmətlərinə görə N.Nərimanov üçüncü dərəcəli Müqəddəs Stanislav ordeni ilə təltif edildi. Bu, N.Nərimanovun uzun illər pedaqoji sahədə çəkdiyi böyük zəhmətin bəhrəsi idi. Qafqaz təhsil dairəsi müdirinin 1899-cu il 3 noyabr tarixli rəsmi məlumatında deyilir: "Cənab Nərimanov öz qulluq vəzifələrini can-başla diqqətlə icra etməsi, sağlam fikirliliyi, ruslara məhəbbəti hökumətə sədaqəti ilə həmişə fərqlənmişdir".

N.Nərimanovun pedaqoji fəaliyyəti sadəcə müəllimliklə məhdudlaşmırdı. O, həm ictimai xadim kimi Azərbaycanda maarif mədəniyyətin yayılmasına ciddi təsir göstərirdi. 1891-1900-cu illər ərzində N.Nərimanov "Nadanlıq", "Dilin bəlası", "Bahadır Sona", "Nadir şah" əsərlərini yazmış, N.V.Qoqolun "Müfəttiş"ini tərcümə etmiş, üç dərslik hazırlamış, eyni zamanda müəllim şagirdlərə kömək arzusu ilə nəzəri biliyi təcrübəsi əsasında yeni dərs kitabları yaratmışdı. Həmin dərsliklərdən biri "Türk-Azərbaycan dilinin müxtəsər sərf nəhvi", ikincisi "Müsəlmanlar üçün müəllimsiz rus dilini öyrənməkdən ötrü asan kitabça", üçüncüsü "Müəllimsiz türk dilini öyrənməkdən ötrü ruslar üçün asan kitabça" adlanır.

N.Nərimanova görə teatrın başlıca vəzifəsi insanların diqqətini ətrafda baş verən hadisələrə cəlb etmək, özbaşınalığa, haqsızlığa zülmə qarşı onlarda nifrət hissi oyatmaqdı. Deməli, N.Nərimanov ictimai həyatda məişətdə olan "pis  əməlləri" səhnədə göstərməklə, müasirlərinə ibrət nəcib sifətlər aşılamaq niyyətində idi. Çünki gənc yazıçı pis əməlləri ictimai həyatın, üsuli-idarənin özündə deyil, insanların avamlığında, "mərifətsizliyində", mədəni geriliyində axtarırdı. Bu maarifçilik dünyagörüşü onun ilk dram əsərlərinin əsas ideya məzmununu ifadə edirdi. N.Nərimanovun dramaturji yaradıcılığının tacı - "Nadir şah" (1898) tarixi faciəsi maarifçilik dünyagörüşünün bəhrəsidir.

N.Nərimanov gənclik dövründən çoxcəhətli fəaliyyəti ilə ictimaiyyətin nəzərini cəlb etmişdi. O, 1891-1902-ci illərdə müəllim, metodist, ilk milli qiraətxananın banisi, yazıçı, rejissor aktyor kimi zəhmətkeş xalqın böyük etimadını qazanmışdı. Bu, bir tərəfdən dövrün tələbləri ilə, digər tərəfdən isə maarifpərvər gəncin öz şəxsi keyfiyyətləri, doğma vətənə xalqa tükənməz məhəbbəti ilə bağlı idi. O, hər cür məhrumiyyətlərə, təkfir təhqirlərə sinə gərib milli mədəniyyətin tərəqqisinə çalışırdı.

Maarifpərvər xadimə görə, insanın əsl şərəfi, səadəti xoşbəxtliyi zəhmətkeş xalqa xidmət etməsindədir. O, həyatın mənasını bunda görürdü. N.Nərimanov xalqın xoşbəxtliyini, gələcək səadətini həmvətənlərinin xeyirxah əməllərində, onların birgə səylərində axtarırdı. Odur ki, özünü oda-alova vurur, insanlara Prometey kimi həyat nuru bəxş etmək istəyirdi. N.Nərimanovun maarifpərvər gənclərlə milli mətbuat yaratmaq arzusu cəhdi bu nöqteyi-nəzərdən çox səciyyəvidir. O, Bakıya gəldiyi ilk illərdən Azərbaycan dilində mətbu orqan yaratmaq yollarını düşünürdü. N.Nərimanov deyirdi: "Əgər Zaqafqaziyada Azərbaycan dilində qəzet çıxsa, onda cəmiyyət ana dilində qəzet oxuyaraq özünün etməli olduğunu, geri qaldığını başa düşərdi. Lakin qədər ki, belə bir qəzet yoxdur, yaxşı olar ki, savadlı müsəlmanlar qızıl kimi qiymətli vaxtlarını müsəlmanlar üçün anlaşılmaz bir dildə yazılmış faydasız məqalələrə sərf etmək əvəzinə, sadə tatar dilində bu ya başqa bir məsələ barədə kitabçalar nəşr etməyə başlasınlar, rus dilini öyrənməyin faydasını yazsınlar i.a.".

N.Nərimanovun qəzet jurnal nəşr etmək arzusu həyata keçmədi. 1897-1900- illərdə S.Qənizadənin Bakıda "Çıraq", "Came-mərifət" qəzetləri, maarifpərvər xadim Mahmudbəyovla birlikdə isə "Nubar" ədəbi-bədii jurnal çap etmək təşəbbüsü nəticəsiz qaldı. Çar hökuməti Zaqafqaziyada Azərbaycan dilində qəzet jurnalın nəşrinə müxtəlif bəhanələrlə mane olurdu. Böyük mütəfəkkir yazıçı Cəlil Məmmədquluzadə maarifpərvər ziyalıların milli mətbuat cəhdlərini özünün keçirdiyi mənəvi sıxıntını sonralar kədərlə xatırlayıb deyirdi: "Yazmaq istəyirdim! Çox istəyirdim yazmaq! Amma bilmirdim niyə yazım kimdən ötrü yazım? Çünki ümidvar deyildim ki, yazdıqlarımı çap eləməyə intişara qoymağa hökumət izn verəcək. görürdüm ki, necə ki, qəzet icazəsini almaq mümkün deyil, habelə əlyazmasını da kitab surətində birdəfəlik çap eləməyə sensor idarəsi mane olur".

Görkəmli dövlət xadimi Nəriman Nərimanov bir siyasi rəhbər təşkilatçı kimi özünün bütün istedadı, qəlbinin bütün hərarəti ilə xalqa xidmət etmişdir. N.Nərimanov xalqın, vətənin nurlu sabahı, günəşli səadəti sorağında idi. Onun arzu idealları həqiqətə çevrilmişdir.