Gələn il Şuşada
Gündəm

Gələn il Şuşada "ASAN xidmət" fəaliyyətə başlayacaq

Şuşa şəhərində "ASAN xidmət" mərkəzinin yaradılması ilə bağlı işlərə başlanılıb. Gələn il orada artıq "ASAN xidmət" fəaliyyətə başlayacaq.

"Respublika" xəbər verir ki, bunu jurnalistlərə müsahibəsində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev deyib.

Azad edilmiş ərazilərdə ilk "ASAN xidmət" mərkəzi Zəngilanın Ağalı kəndində fəaliyyət göstərir. Azad edilmiş digər ərazilərdə də "ASAN xidmət" mərkəzlərinin fəaliyyəti nəzərdə tutulur. Hazırda həmin ərazilərimizdə ciddi tikinti-quruculuq işləri gedir. Tikinti-quruculuq işlərinin müəyyən mərhələsindən sonra mərkəzlərin mərhələli şəkildə açılması nəzərdə tutulur".