Gələcəyi olmayan niyyətlər
Siyasət

Gələcəyi olmayan niyyətlər

Yeni geosiyasi nizamda mövqe ortaya qoymaq istəyən Emmanuel Makronun apardığı siyasət həm Rusiya-Ukrayna cəbhəsində, həm də Cənubi Qafqaz siyasətində Fransanın nüfuzunu zədələyib. "Ukraynaya ordu göndərəcəyik" sözünü tutmaması göstərir ki, artıq Fransa XXI əsrdə cərəyan edən geosiyasi nizamın tələblərinə cavab verə bilmir. Bu, əlbəttə ki, Makronun sabit bir siyasətə malik olmadığını göstərir. Ukraynaya hərbi yardımlar həyata keçirmir, amma sözdə bütün yardımların edildiyini vurğulayır.

Azərbaycanla Ermənistan arasında sülhün əldə olunması istiqamətində çox böyük işlər həyata keçirilir. Danışıqlar davam edir. Amma Fransa prezidenti sülhə mane olur. Cənubi Qafqazda mövqelərini gücləndirmək üçün Ermənistana silahlar göndərir. Hesab edir ki, buradan Rusiyanı sıxışdırıb çıxaracaq.

Bir növ Ermənistanı öz orbitinə çəkib Rusiyanın forpostundan uzaqlaşdırmaq istəyir. Amma bu, yanlış strategiyadır. Nəticədə Fransa Cənubi Qafqazda mövqeyini gücləndirə bilməyəcək.       

Məhəmməd ƏSƏDULLAZADƏ,

politoloq.