Füzulidə Şəhərsalma məsələləri üzrə işçi qrupunun iclası keçirilib
Digər xəbərlər

Füzulidə Şəhərsalma məsələləri üzrə işçi qrupunun iclası keçirilib

Füzuli Beynəlxalq Hava Limanının inzibati binasında Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həll edilməsi üçün yaradılmış Əlaqələndirmə Qərargahının nəzdində fəaliyyət göstərən İdarələrarası Mərkəzin Şəhərsalma məsələləri üzrə İşçi qrupunun iclası keçirilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, iclasda işğaldan azad edilmiş Füzuli şəhərində aparılan tikinti-quruculuq fəaliyyəti ilə əlaqədar layihələndirmə işləri, Mərkəzi Parkın layihələndirilməsi, "ağıllı kənd" konsepsiyası ilə bərpaolunan Dövlətyarlı kəndində aparılan tikinti-quruculuq işləri, Füzuli şəhərinin daxili yol-küçə şəbəkəsinin layihələndirilməsi, rayonda ilkin mərhələdə bərpa ediləcək yaşayış məntəqələrinin elektrik enerjisi su təminatı, "Köndələnçay" su anbarının yenidən qurulması digər məsələlər üzrə görülən işlər müzakirə olunub.

Tədbirdə Dövlət Şəhərsalma Arxitektura Komitəsi sədrinin birinci müavini Namiq Hümmətov, Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Prezidentin xüsusi nümayəndəsi Emin Hüseynov, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdir müavini Nüsrət Süleymanov, Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyev, Qarabağ iqtisadi rayonunda Bərpa, Tikinti İdarəetmə Xidmətinin icraçı direktoru Övsət Həmidov, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin şöbə müdiri İlham Süleymanov, "Azərişıq" ASC-nin Texniki departamentinin direktoru Vüsal Qənbərov, "Azərsu" ASC-nin Planlaşdırma layihələndirmə departamentinin rəisi Bahadır Kəngərli, "Meliorasiya Su Təsərrüfatı" ASC-nin İnvestisiyalar layihələrin idarə olunması şöbəsinin baş məsləhətçisi Elmar Orucov aidiyyəti qurumların nümayəndələri iştirak ediblər.

Dövlət Şəhərsalma Arxitektura Komitəsi sədrinin birinci müavini Namiq Hümmətov çıxışında bildirib ki, son illərdə işğaldan azad olunmuş ərazilərdə bərpa-quruculuq istiqamətində böyük irəliləyişlər əldə edilib. Qarabağ Şərqi Zəngəzurun şəhər, qəsəbə kəndlərinə Böyük Qayıdış həyata keçirilir. Bu prosesi sürətləndirmək, yaşayış məntəqələrinin gələcəkdə sakinlər üçün daha rahat etmək üçün işğaldan azad olunmuş torpaqlarımızda bu gün milli xüsusiyyətlər nəzərə alınmaqla, qabaqcıl şəhərsalma standartlarına uyğun yenidənqurma quruculuq işləri aparılır.

Çıxışlarda qeyd olunub ki, işçi qrupunun fevralın 16-da Ağdam şəhərində keçirilmiş iclasının nəticəsi protokollaşdırılaraq qrup üzvlərinə təqdim edilib. Həmin protokola əsasən Ağdam şəhərinin yol-küçə şəbəkəsinin 58,7 kilometr hissəsinin, eləcə rayonun Xıdırlı, Kəngərli Sarıcalı kəndlərinin yaşayış məntəqələrinin layihə-smeta sənədlərinə dair müvafiq ekspertiza rəyinin verilməsi üçün Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinə rəsmi müraciət ünvanlanıb.

Bildirilib ki, ötən müddət ərzində işğaldan azad edilmiş bütün ərazilər kimi, Füzuli rayonunda da genişmiqyaslı abadlıq-quruculuq işləri həyata keçirilib. Qısa müddət ərzində ən yüksək beynəlxalq standartlara cavab verən hava limanı inşa edilərək istismara verilib, Zəfər yolunun tikintisi yekunlaşıb, Füzuli yarımstansiyası Rəqəmsal İdarəetmə Mərkəzi tikilib. Həmçinin Özbəkistan tərəfindən inşa edilən tam orta məktəb binasının, Qazaxıstan tərəfindən inşa edilən Kurmanqazı adına Yaradıcılığın İnkişafı Mərkəzinin, Mənzil İnşaatı Dövlət Agentliyinin inşa etdiyi yaşayış məhəlləsinin s. obyektlərin tikintisi sürətlə davam etdirilir.

Həmçinin Dövlət Şəhərsalma Arxitektura Komitəsi tərəfindən Füzuli rayonunun ərazi-planlama sənədlərinin hazırlanması çərçivəsində əhəmiyyətli işlər görülüb. Bu il martın 18- Füzuli şəhərinin Baş planı Nazirlər Kabineti tərəfindən təsdiqlənib. 2022-2026- illərdə bərpaolunan yaşayış məntəqələri üzrə "ağıllı kənd" konsepsiyası ilə yenidən qurulacaq Dövlətyarlı kəndinin şəhərsalma əsaslandırılması təsdiqlənib, Pirəhmədli Dədəli kəndlərinin konsepsiyası hazırlanıb həmin sənədlərin qısa müddət ərzində təsdiq edilməsi təmin olunacaq. Dövlətyarlı kəndində tikinti işlərinin avqust ayında, Pirəhmədli Dədəli kəndlərində isə oktyabr ayında başlanılması planlaşdırılır. 2023- ildə Füzuli rayonunda daha 7 kəndin - Qarğabazar, Cuvarlı, Qoçəhmədli, Qarakollu, Qaraxanbəyli, Horadiz Mirzəcamallı kəndlərinin layihələndirilməsi nəzərdə tutulur.

Bərpaolunan yaşayış məntəqələrinin küçə-yol şəbəkəsinin qurulması istiqamətində Füzuli şəhərində ümumi uzunluğu 87,55 kilometr olan yol-küçə şəbəkəsinin 18,46 kilometrlik hissəsi üzrə Fövqəladə Hallar Nazirliyinin Dövlət Ekspertiza Baş İdarəsinə təqdim edilib.

Yaşayış məntəqələrinin minalardan təmizlənməsi istiqamətində 2022-ci ildə 1536.8 hektar ərazi minalardan təmizlənib. Cari ildə rayonda yaşayış məntəqələrinin əraziləri üzrə ümumilikdə 2620,9 hektar ərazinin təmizlənməsi nəzərdə tutulub. Cari ilin I rübü ərzində rayon üzrə 622,97 hektar (23,7%) ərazinin minalardan təmizlənməsi artıq həyata keçirilib.

Diqqətə çatdırılıb ki, Füzuli rayonunda 2026- ilədək ümumilikdə 5678 evin - 3352 fərdi yaşayış evinin 2326 mənzilin tikilərək istismara verilməsi nəzərdə tutulur. Ümumilikdə, 2023- ildə 399, 2024- ildə 447, 2025-ci ildə 2317, 2026- ildə 2515 evin inşası həyata keçiriləcək. MİDA tərəfindən inşa olunan 846 mənzillik yaşayış kompleksinə 2024- ildə ilk əhali qrupu (2904 nəfər) köçürüləcək. Bütövlükdə tikiləcək evlərə 21593 nəfər, o cümlədən Füzuli şəhərinə 8009 nəfər əhalinin köçürülməsi planlaşdırılır.

Bundan əlavə, Füzuli rayonunda Peşə Liseyinin, Mərkəzi xəstəxananın, Mərkəzi parkın, inzibati binanın layihələndirmə işləri sürətlə davam etdirilir.

Sonra "İşğaldan azad edilmiş ərazilərdə əhalinin dayanıqlı məşğulluğunun təmin edilməsinə dair" Tədbirlər Planı, müvəqqəti yerləşdirilən kamplar, "Böyükbəhmənli-Şuşa" "Azadqaraqoyunlu-Ağdam" magistral qaz kəmərlərinin layihələndirilməsi, Füzuli rayonunda su anbarlarının sutəmizləyici qurğularının layihələndirilməsi tikilməsinin vəziyyəti, Mədəniyyət Nazirliyinin Qələbə parkı Memorial parkının layihələndirilməsi vəziyyəti barədə müzakirələr aparılıb.

Müzakirələrdən sonra ərazidə aparılan bir sıra tikinti-bərpa işləri ilə tanışlıq olub. Qazaxıstan tərəfindən inşa edilən Kurmanqazı adına Yaradıcılığın İnkişafı Mərkəzinə, şəhər mərkəzdə tikilən çoxmənzilli binalara, həmçinin Özbəkistan tərəfindən inşa olunan 960 şagird yerlik orta məktəb binasında aparılan işlərə baxış keçirilib.