Fransadakı səfirliyimizin binasına hücum etmiş erməni hərəkatının üzvünə 6 aylıq şərti cəza verilib
Digər xəbərlər

Fransadakı səfirliyimizin binasına hücum etmiş erməni hərəkatının üzvünə 6 aylıq şərti cəza verilib

İyunun 23- Paris məhkəməsində, Azərbaycan Respublikasının Fransadakı səfirliyi önündə ötən il keçirilmiş icazəsiz aksiya zamanı səfirliyin binasına hücum etmiş, Fransada fəaliyyət göstərən "Charjoum" adlı erməni hərəkatının üzvü Loris Tufanyana qarşı dinləmələr baş tutub.

Xatırladaq ki, 2022-ci il sentyabrın 18- radikal erməni nümayəndələri tərəfindən Parisdə Azərbaycan səfirliyinə qarşı hücum cəhdi olmuş nəticədə səfirliyin binasına zərər yetirilmişdir. Baş vermiş hücum aktı ilə əlaqədar dəlillər yerli məhkəməyə təqdim edilmiş hücumun əsas təşkilatçısı iştirakçılarının cəzalandırılması tələb edilmişdir. Məhkəmədə Azərbaycan Respublikasının səfirliyini Lexlor hüquq şirkəti təmsil edib.

Paris məhkəməsinin bu gün verdiyi qərarla sözügedən hücumun əsas iştirakçısı olan "Charjoum" erməni hərəkatının üzvü Loris Tufanyana 6 aylıq şərti cəza müəyyən edilib cərimə tətbiq olunub.

Səfirlik radikal qruplar tərəfindən diplomatik nümayəndəliyə qarşı hər hansı hücum cəhdlərini bir daha qətiyyətlə qınayır, 1961-ci il Vyana Konvensiyasına uyğun olaraq diplomatik nümayəndəliyin təhlükəsizliyinin təmin edilməsi üçün yerli hüquq-mühafizə orqanları tərəfindən gücləndirilmiş tədbirlərin təmin edilməsinə çağırır Paris məhkəməsinin sözügedən qərarını gələcəkdə bu kimi halların qarşısının alınması ədalətin təmin edilməsi baxımından mühüm addım kimi qiymətləndirir