Fransada gərginlik davam edir
Dünya xəbərləri

Fransada gərginlik davam edir

Fransada 17 yaşlı gəncin polis tərəfindən öldürülməsindən sonra, vəziyyət gərgin olaraq qalmaqdadır. 

"Respublika" xəbər verir ki, Nael adlı taksi sürücüsünü qətlə yetirən polis məmurunun vəkili bu yaxınlarda təhdid edildiyini bildirdikdən sonra növbəti hadisə baş verib.

Belə ki, Fransanın “Le Parisien” qəzetində yer alan məlumata görə, 24 yaşlı sosial media istifadəçisi Naeli vuran polisin kimliyini paylaşdığı üçün üçün həbs edilib.

Müttəhimin dələduzluqda təqsirli bilindiyi qeyd olunub.

Nəzrin ELDARQIZI,

"Respublika".