Fövqəladə hallar naziri Yevlax şəhərində vətəndaşları qəbul edib
Sosial həyat

Fövqəladə hallar naziri Yevlax şəhərində vətəndaşları qəbul edib

Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin respublikanın bölgələrində vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, fövqəladə hallar naziri Kəmaləddin Heydərov iyulun 8-də Yevlax şəhərində, nazirliyin Aran Regional Mərkəzinin inzibati binasında Yevlax rayonunun və Mingəçevir şəhərinin sakinlərinin qəbulunu keçirib.

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, əvvəlcə, nazir K.Heydərov xalqımızın ümummilli lideri Heydər Əliyevin Regional Mərkəzin həyətində ucaldılmış büstünü ziyarət edərək önünə gül dəstəsi qoyub, əziz xatirəsini dərin ehtiramla anıb.

Sonra fövqəladə hallar naziri tərəfindən qəbul edilən Yevlax rayonunun və Mingəçevir şəhərinin sakinlərinin müraciətlərinin əksəriyyəti yerində həllini tapıb, bir sıra məsələlərlə bağlı qanunvericiliyə uyğun dərhal zəruri tədbirlərin görülməsi barədə nazirliyin aidiyyəti strukturlarının rəhbərlərinə tapşırıqlar verilib.

Qəbula gələn vətəndaşlar onların müraciətlərinə yerində və operativ yanaşılması üçün yaradılan şəraitə görə Azərbaycan Prezidentinə minnətdarlıq ediblər.

AZƏRTAC