Formula 1 üzrə Azərbaycan Qran-Pri yarışları ərəb KİV-inin diqqət mərkəzindədir
Digər xəbərlər

Formula 1 üzrə Azərbaycan Qran-Pri yarışları ərəb KİV-inin diqqət mərkəzindədir

İyunun 10-da start götürən Formula 1 üzrə Azərbaycan Qran-Pri yarışları ərəb KİV-inin diqqət mərkəzindədir.

Səudiyyə Ərəbistanının SPA agentliyi, "Əl-Mədinə", "Ər Riyad" qəzetləri AZƏRTAC-ın xəbərinə istinadla yarışların ilk günü haqqında materiallar yayımlayıb. Bundan başqa, krallığın "Əl Mənatiq", "Sauidigazette", BƏƏ-nin "Emirates" agentliyi və "Əl-İttihad" portalı, Misirin MENA agentliyi və "Əl Əhram" qəzeti, Qətərin QNA agentliyi, "Əl Cəzirə" telekanalı və "Şarq" nəşri də bu mötəbər yarışlar barədə xəbərlər və reportajlar yayımlayıblar.

Materiallarda diqqətə çatdırılıb ki, Azərbaycan Qran-Prisinin ilk günündə Formula 1 pilotları birinci və ikinci sərbəst yürüşlərdə mübarizə aparıblar. Hər iki yürüşdə pilotlar 1 saat ərzində 6 kilometrlik Bakı trekində yarışıblar. Birinci sərbəst yürüşü "Red Bull Racing" komandasının pilotu Serxio Peres lider kimi tamamlayıb. "Ferrari"nin üzvü Şarl Lekler ikinci, "Red Bull Racing"in digər pilotu Maks Ferstappen isə üçüncü olublar. İkinci sərbəst yürüşdə "Ferrari"nin pilotu Ş.Lekler birinci olub. "Red Bull Racing" komandasının üzvləri Serxio Peres və Maks Ferstappen ilk üçlükdə yer alıblar.

Sonda qeyd olunub ki, iyunun 11-də pilotların düzülüşünü müəyyənləşdirəcək yarış keçiriləcək. İyunun 12-də isə Formula 1 Azərbaycan Qran-Prisinin qalibi müəyyənləşəcək.

AZƏRTAC