Fərrux kəndi ətrafında daha bir neçə azərbaycanlının qalıqları tapılıb
Digər xəbərlər

Fərrux kəndi ətrafında daha bir neçə azərbaycanlının qalıqları tapılıb

Xocalı rayonunun Fərrux kəndində daha bir neçə azərbaycanlının qalıqları aşkarlanıb.

AZƏRTAC xəbər verir ki, kəndin ətrafında ayrı-ayrı yerlərdə aparılmış qazıntılar zamanı Birinci Qarabağ müharibəsi zamanı qətlə yetirilmiş daha bir neçə azərbaycanlının qalıqları tapılıb.

Xatırladaq ki, martın 29-da Azərbaycan Ordusunun hərbçiləri Fərrux kəndi ərazisindəki mövqelərdə qazıntı işləri apararkən insan skeletləri aşkar ediblər.

AZƏRTAC