Fenomen 68-ci mərtəbədən düşdü
Gündəm

Fenomen 68-ci mərtəbədən düşdü

Ekstremal idmana olan həvəsi ilə tanınan fransız fenomen, Honq Konqda şou üçün çıxdığı binanın 68-ci mərtəbəsindən yıxılaraq ölüb.
"Respublika" "Hürriyət"ə istinadən xəbər verir ki, 30 yaşlı gənc əvvəllər də şou üçün bu cür təhlükəli hərəkətlərə əl atıb.

Lakin gənc bu dəfə istəyinə nail ola bilməyib. Sosial şəbəkələrdə "Remi Enigma" kimi tanınan gəncin hadisə yerində öldüyü açıqlanıb.

Töhfə SƏMƏDOVA,

"Respublika".