Şimali Kipr Türk Respublikasının Prezidenti bu ölkənin Azərbaycandakı nümayəndəliyində olub
Gündəm

Şimali Kipr Türk Respublikasının Prezidenti bu ölkənin Azərbaycandakı nümayəndəliyində olub

Şimali Kipr Türk Respublikasının Prezidenti Ersin Tatar oktyabrın 16-da Şimali Kiprin Azərbaycandakı nümayəndəliyinin binası ilə tanış olub.

AZƏRTAC xəbər verir ki, nümayəndəliyin rəhbəri Ufuk Turganer Prezidentə binada yaradılan şərait barədə məlumat verib.

Qeyd edək ki, Şimali Kipr Türk Respublikasının Bakıdakı nümayəndəliyi 1997-ci ildən fəaliyyət göstərir.

Xatırladaq ki, Şimali Kipr Türk Respublikasının Prezidenti Ersin Tatar ölkəmizə səfəri çərçivəsində bir sıra görüşlər keçirib, tədbirlərdə iştirak edib, dünya mədəni irs abidələri sırasında yer alan İçərişəhər və Heydər Əliyev Mərkəzi ilə tanış olub.