Etiraz aksiyası, erməni yalanı, təxribat yuvası
Digər xəbərlər

Etiraz aksiyası, erməni yalanı, təxribat yuvası

Ermənilərin bir millət kimi mahiyyəti biclik, hiyləgərlik, təlxəklik, yalan və böhtandan ibarətdir. Son iki yüz ilin hadisələri bunu dəfələrlə sübuta yetirib. Hulqumu ələ keçən kimi yalvarmağa başlayır, yazıqlaşır, imdad diləyir, elə ki, əldən çıxdı, onu tanımaq olmur, tamam başqa cildə girir. Ermənilər heç zaman həqiqətin gözünə dik baxa bilməyiblər, həmişə qonşularına qarşı saman altından su yeridib, məskunlaşdıqları əraziləri qan çanağına çevirib, yerli azərbaycanlılara qarşı deportasiya və etnik təmizləmə həyata keçiriblər.

44 gün davam edən müharibədə məğlub olan Ermənistan kapitulyasiya aktına qol çəkməyə məcbur oldu. Tarixi qələbədən sonra qalib Azərbaycan Ermənistana sülh təkliflərini özündə ehtiva edən beş maddədən ibarət sənəd təqdim etdi. İki il yarımdır ki, Ermənistan sülh danışıqlarını yubadır, Paşinyan hökuməti beynəlxalq təşkilatlara vəd versə də onu yerinə yetirməkdən yayınır, müxtəlif vasitələrlə bu prosesi pozmağa çalışır, Avropadan müşahidəçilər dəvət edir, real və konstruktiv mövqedə dayana bilmir. Son vaxtlar isə erməni silahlı qüvvələri sərhəddə və Qarabağda Rusiya sülhməramlılarının müvəqqəti nəzarət zonasında təxribatlar törədir, mövqelərimizi atəşə tuturlar. Müdafiə Nazirliyinin son məlumatına görə martın 8-i saat 21:30-dan martın 9-u saat 04:15-dək ordumuzun Azərbaycan-Ermənistan şərti sərhədində və Qarabağ iqtisadi rayonunda yerləşən mövqeləri 23 dəfə atəşə tutulub.

Azərbaycan Müdafiə Nazirliyi və Xarici İşlər Nazirliyi ciddi xəbərdarlıq edərək bir daha bildirir ki, Ermənistan tərəfindən törədilə biləcək təxribatlara və bunun nəticəsində baş verəcək insan tələfatına görə bütün məsuliyyət rəsmi İrəvanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür. Xəbərdarlıqlara baxmayaraq, Ermənistan bu gün sərhəddə mövqelərimizi atəşə tutmaqla bölgədə süni gərginlik yaratmağa çalışır. Ermənistan baş naziri Nikol Paşinyan təxribatların qarşısını almaq və nəticə çıxarmaq əvəzinə, hökumətin iclasında Azərbaycana qarşı əsassız ittihamlar səsləndirib. 2020-ci ildə də Ermənistan xəbərdarlıqlara məhəl qoymurdu və nəticədə çox ciddi zərbələrə məruz qaldı. Görünür, Ermənistan ağır məğlubiyyətdən nəticə çıxara bilməyib. Analitiklərin qənaətinə görə, Paşinyan hakimiyyətinin sülh sazişi ilə bağlı vaxtaşırı açıqlamalar verməsi sadəcə, siyasi manipulyasiya ilə prosesi uzatmaq cəhdindən başqa bir şey deyil. Halbuki sülh sazişinin imzalanması hazırda Azərbaycandan daha çox məhz Ermənistana lazımdır. Çünki sülh sazişi imzalanmadan Ermənistan indiki blokada vəziyyətindən xilas olub, dinc inkişaf mərhələsinə keçə bilməyəcək. Əksinə, Qarabağ bölgəsində Rusiya sülhməramlı qüvvələrinin müvəqqəti nəzarətində olan ərazilərdə erməni təxribatları törədilir. Ona görə də son günlər həm Ermənistanın, həm də Xankəndi və ətraf ərazilərdə olan erməni separatçı-terrorçularının Azərbaycan ordusunun mövqelərini atəşə tutması intensivləşib. Ermənistanın təxribatları bumeranq effekti yaradacaq, düşmən ölkə gərək bunu unutmasın. Martın 9-da keçirilən "Dünya bu gün: Çağırışlar və ümidlər" mövzusunda X Qlobal Bakı Forumunda Prezident İlham Əliyev açılış mərasimindəki çıxışında bildirib ki, 2020-ci ilin noyabrında müharibə bitdikdən dərhal sonra biz sülh danışıqlarına başlamaq üçün təşəbbüs irəli sürdük və Ermənistanla sülh müqaviləsinin əsasını təşkil edəcək beş məşhur prinsipi təqdim etdik. Ümid edirik ki, vasitəçiliyə cəhd göstərən beynəlxalq iştirakçılar Ermənistanı şansı əldən buraxmamaqda dilə gətirəcəklər. Onlar müstəqil ölkə olmaq şansını itiriblər. Onlar tamamilə asılı olan, digər ölkənin və hazırda, ola bilsin, digər ölkələrin müstəmləkəsinə çevriliblər. Beləliklə, onlar bizə qarşı təcavüz səbəbindən həqiqətən müstəqil olmaq, öz gələcəyini qurmaq şansını əldən buraxıblar.

Azərbaycanın Qarabağ iqtisadi rayonunda faydalı qazıntı yataqlarının qanunsuz istismarına qarşı Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası üç aya yaxındır ki, davam edir. Havanın qarlı və şaxtalı olmasına baxmayaraq, aksiya iştirakçıları yüksək fəallıq nümayiş etdirirlər. Laçın yolundan əlləri çıxan erməni terrorçu dəstələri və Xankəndidəki xunta rejimi Qarabağda Rusiya sülhməramlılarının müvəqqəti nəzarət zonasındakı torpaq yollardan istifadə edərək Xankəndiyə silah-sursat daşıyırlar. Bu təxribatın qarşısı alınarkən ordumuzun iki əsgəri terrorçuları zərərsizləşdirən zaman şəhid olub. Erməni quldurları da itki veriblər. Ermənilərin törətdikləri bu təxribat çox məkrli və hiyləgər bir planın tərkib hissəsidir. Buna görə də Azərbaycanın Müdafiə Nazirliyi ilə yanaşı, Xarici İşlər Nazirliyi də mövcud situasiyanın aradan qaldırılması üçün Laçın yolunda nəzarət-buraxılış məntəqələrinin qurulmasının qaçılmaz olduğunu vurğulayır. Eyni zamanda xəbərdarlıq edilir ki, Ermənistandan Azərbaycan ərazilərinə silah-sursat və hərbi qüvvə daşınmasına dərhal son verilməzsə, rəsmi Bakı ölkənin suveren hüquqlarını qorumaq üçün ən sərt addımlar atmaqdan çəkinməyəcək.

Xankəndidə və ətraf ərazilərdə yaşayan ermənilər Azərbaycan vətəndaşlarıdır, onların təhlükəsizliyi, gələcək firavan həyatı dövlətimiz tərəfindən təmin ediləcək. Bu barədə dövlətimizin başçısı İlham Əliyev Bakı forumunun tribunasından bütün dünyaya bildirdi ki, Azərbaycan yüksək dini və etnik dözümlülüyü ilə seçilən, müxtəlif etnik qrupların, konfessiyaların nümayəndələrinin dinc və ləyaqətli şəkildə yaşadığı ölkədir. Bir sözlə, əminəm ki, Azərbaycanın Qarabağ bölgəsində yaşayan ermənilərin həyatı işğal dövründən fərqli olaraq daha yaxşı olacaq. Hər münaqişənin öz tarixi, öz dinamikası və sonu var. Lakin vacib odur ki, ölkələr arasında mübahisələr beynəlxalq hüquq əsasında həll olunsun, onların ərazi bütövlüyü və suverenliyi güc hesabına dəyişdirilməsin. Bu, Azərbaycanın mövqeyidir. Bu mövqe yalnız bizim məsələmizə deyil, dünyadakı bütün münaqişələrə şamil edilir. Biz bu mövqeyi açıq şəkildə bəyan edirik.

Salman ALIOĞLU,

"Respublika".