Ermənistanın ziddiyyətli davranışları
Siyasət

Ermənistanın ziddiyyətli davranışları

Ermənistan rəhbərliyi yenə avantürist mövqedən çıxış etməkdə, üçtərəfli anlaşmaya zidd davranışlar sərgiləməkdədir. Rəsmi İrəvanın davranışlarındakı ziddiyyətlər xarici ekspertlərin diqqətindən yayınmır. İndi seçim Ermənistanındır.

İki ölkə uzun müddət davam etmiş gərginliyi aradan qaldırmalı, ədavət düşmənçiliyə son qoymalıdırlar. Sülh sazişinin imzalanmasının əsas şərtlərindən biri İrəvanın ərazi iddialarından əl çəkməsi sərhədlərimizin bütövlüyünün qarşılıqlı şəkildə tanınmasıdır. İrəvan istər Praqa, istərsə Soçi görüşlərində Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bəyan edib. Lakin Ermənistanda siyasi dairələr bu bəyanatların heç bir "hüquqi" əsasının olmadığını iddia edirlər. Səbəb kimi isə Ermənistanın müstəqillik aktını Konstitusiyasını əsas gətirirlər. Belə ki, Ermənistanın bu iki əsas qanununda Azərbaycana Qarabağa qarşı ərazi iddiaları təsbit edilib. Bu isə o deməkdir ki, İrəvan, ilk növbədə bu "hüquqi" əngəlləri ortadan qaldırmalı, yəni Azərbaycana qarşı ərazi iddialarına dəlalət edən bütün hallara son qoymalıdır.

Bu gün Ermənistan hökuməti sülhə hazır olduğunu desə bu istiqamətdə heç bir addım atmır. Təəssüf ki, Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları hələ davam etməkdədir. Ölkəmizə qarşı ərazi iddiaları Ermənistanın Konstitusiyasında öz əksini tapıb, eləcə Konstitusiya Məhkəməsi tərəfindən təsdiq edilib. Bu isə bütün beynəlxalq təşkilatların mövqeyinə ziddir. BMT Təhlükəsizlik Şurası, ATƏT digər bütün beynəlxalq təşkilatlar Azərbaycanın Qarabağ ərazisinin Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunduğunu tanıyıb. BMT Təhlükəsizlik Şurasının erməni silahlı qüvvələrinin işğal etdiyi Azərbaycan torpaqlarından çıxarılmasına dair bir neçə qətnaməsi bunu bir daha sübut edir. Qarabağ Azərbaycanın ayrılmaz tərkib hissəsi olub olacaqdır. Dağlıq Qarabağ sözü artıq qüvvədən düşüb. Azərbaycanda Dağlıq Qarabağ kimi inzibati vahid yoxdur. Azərbaycanın suverenliyinə Konstitusiyasına hörmət edilməlidir. Azərbaycanda erməni əhalinin olduğu Qarabağ rayonu var.

Azərbaycan Prezidenti İlham Əliyev IX Qlobal Bakı Forumunun açılış mərasimində deyib: "Erməni əhali Azərbaycanda ən böyük milli azlıq deyil. Konstitusiyamız ölkədə yaşayan bütün etnoslar, o cümlədən ermənilər üçün bərabər hüquqlar yaradır. Lakin təəssüf ki, Ermənistan hökumətindən qondarma Dağlıq Qarabağın statusu barədə bəyanatlar eşidirik, bu isə həm səmərəli deyil, həm Ermənistanın özü üçün təhlükəlidir. Ermənistan hökuməti tarixi yenidən yazmaq cəhdlərindən əl çəkməlidir. Tarix artıq yazılıb". Bununla yanaşı, dövlət başçısı diqqətə çatdırıb ki, Qarabağ münaqişəsinin həlli regionda sülhün əmin-amanlığın bərqərar olması üçün yeni imkan fürsətlər yaradıb. Azərbaycanın münaqişədən sonrakı yanaşması barədə Forum iştirakçılarına məlumat verən Prezident İlham Əliyev bildirib ki, bu müharibə ədalətin, beynəlxalq hüququn milli ləyaqətin bərpasına yönəlmişdi: "Bu, dünyada unikal bir haldır ki, uzunmüddətli münaqişədən sonra bir dövlət işğalçını öz torpaqlarından qovub ədaləti bərpa edib. Dünyada belə hallara heç çox rast gəlinmir. Biz niyə sülh istəyirik?! Çünki biz sabit, dayanıqlı inkişaf regionu yaratmaq istəyirik".

Beləliklə, Azərbaycan bir daha həm Ermənistana, həm dünya ictimaiyyətinə konkret mesajlar verir ki, Qarabağ məsələsi ölkəmiz üçün bitib burada qalan ermənilər Azərbaycan vətəndaşları kimi yaşamaqlarına davam edə bilərlər. Bu prosesdə Qarabağ ermənilərinin özləri getdikcə maraqlı tərəfə çevrilir. Məsələ burasındadır ki, Qarabağdakı erməni icmasının hüquqları Ermənistan işğalı dəstəkləyənlər tərəfindən davamlı şəkildə tapdanır. Həmin ermənilərin vətəndaşlıq pasportu yoxdur. Onlara ən yaxşı halda Ermənistan pasportları verilir. Bu da o deməkdir ki, həmin ermənilərin Qarabağa aidiyyəti yoxdur. Qarabağdakı erməni icmasının üzvlərinin hüquqlarının bərpası Azərbaycan vətəndaşlığından başlayır. Bu təmin olunmayanadək Qarabağ erməniləri müxtəlif problemlərlə üzləşəcəklər.

Ermənistan-Azərbaycan münaqişəsi XX yüzilliyin tarixinə ən faciəli münaqişələrdən biri kimi daxil olub, onun nəticələri milyonlarla azərbaycanlının taleyinə ciddi təsir göstərib. Ermənistan üçüncü tərəfin köməyi ilə Azərbaycan Respublikası ərazilərinin 20 faizindən çoxunu işğal etmiş, etnik təmizləmə apararaq bir milyondan artıq azərbaycanlı əhalini tarixi vətənlərindən didərgin salmışdır. Görünməmiş zorakılıq nəticəsində uşaqlar, qadınlar qocalar qətlə yetirilmiş, minlərlə insan əsir girov götürülmüş, Xocalı soyqırımı törədilmişdir. Azərbaycan Ordusunun 2020-ci il sentyabrın 27- Qarabağda başladığı uğurlu əks-hücum əməliyyatı nəticəsində torpaqlarımız düşmən istilasından azad edilmiş Azərbaycan Respublikasının ərazi bütövlüyü bərpa olunmuşdur. Qüdrətli Azərbaycan ordusu cənab Ali Baş Komandanın "Qarabağ Azərbaycandır nida" ifadəsi qələbəmizin rəmzinə çevrildi. Qarabağ Azərbaycanın əzəli əbədi ərazisidir. Bunu erməni əsilli ekspertlər, politoloqlar da dəfələrlə etiraf ediblər. Azərbaycan müstəqil siyasət yürüdən dövlətdir. Xarici siyasətində ədalətə beynəlxalq hüquqa əsaslanır. 44 günlük Vətən müharibəsi başa çatandan sonra dövlət başçısı İlham Əliyev dəfələrlə Azərbaycanın sülh istədiyini bildirib.

"Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni əhalinin hüquqlarının təhlükəsizliyinin təmin olunmasını dəstəkləyirik. Azərbaycan Konstitusiyası ilə bütün əhalinin təhlükəsizliyi təmin edilir. Azərbaycan çoxmillətli ölkədir. Erməni əhali isə Azərbaycanda ən böyük etnik azlıq deyil". Bunu Prezident İlham Əliyev Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə "Qlobal dünya nizamına təhdidlər" mövzusunda keçirilən Qlobal Bakı Forumunun açılış mərasimində deyib. Bildirib ki, Ermənistan hökuməti Qarabağda status məsələsini qeyd edir. "Bu, Ermənistanın özü üçün təhlükədir. Çünki "Dağlıq Qarabağ" yoxdur. Dağlıq Qarabağ Muxtar bölgəsi 1991-ci ilin sonunda Azərbaycan parlamentinin qərarı ilə ləğv edilib. Bizim ərazilərimizdə administrativ strukturlar yoxdur. Ona görə status məsələsinə istinad etmək yalnız yeni konfrontasiyaya doğru addımdır. Ermənistan tarixi yenidən yazmaq cəhdindən çəkinməlidir bunu başa düşməlidir. Tarix artıq buradadır. Artıq statusdan danışılmır danışılmayacaq. Əgər Ermənistan Azərbaycanın ərazi bütövlüyünü sual altına qoysa, bizim başqa seçimimiz qalmayacaq. Biz həmçinin Ermənistanın ərazi bütövlüyünü sual altına qoyacağıq", - deyən Prezident Azərbaycanın əzəli torpaqlarının, Zəngəzurun Ermənistana verilməsi tarixini xatırladıb.

Prezident İlham Əliyevin düşünülmüş siyasətinin nəticəsində həm bölgədə separataçılar, həm rəsmi İrəvan anlamağa başlayır ki, onların Azərbaycanın tərkibində yaşamaqdan başqa çıxış yolları yoxdur. Çünki həm beynəlxalq hüququn norma prinsipləri, həm Azərbaycan Konstitusiyası həmin ərazini Azərbaycanın tərkib hissəsi sayır. Bu ərazilər Azərbaycanın əzəli, qədim torpaqlarıdır ora köçürülən ermənilər artıq uzun müddətdir ki, orada yaşayırlar. Onların hər biri ölkəmizdə yaşayan digər azlıqlar kimi Azərbaycan vətəndaşlarıdır. Ölkəmiz tərəfindən onların reinteqrasiya məsələsinə başlanılıb.

M.MUSTAFAYEV,

"Respublika".