COP29 çərçivəsində 15 təşəbbüs müzakirə edilir
COP29

COP29 çərçivəsində 15 təşəbbüs müzakirə edilir

Azərbaycan COP29-a sədrlik gündəliyi çərçivəsində 15 təşəbbüsü müzakirə edir.

"Respublika" xəbər verir ki, bunu COP29-un baş icraçı direktoru Elnur Soltanov deyib.

“Azərbaycan COP29-da sədrlik gündəliyi çərçivəsində öz təşəbbüsləri ilə çıxış edə bilər. Biz artıq 15 təşəbbüsü müzakirə edirik. Əminəm ki, səmərəlilik və COP29-a hazırlıq prosesi baxımından Azərbaycan öz töhfəsini verəcək və dünyanın digər ölkələri üçün yaxşı nümunə olacaq”, - o bildirib.

E.Soltanov, həmçinin qeyd edib ki, COP29 çərçivəsində aparılan danışıqlar davam edir: “COP29-a az vaxt qalır, bütün proqramı uğurla həyata keçirmək üçün noyabrın 11-dək işimizin 50 %-dən çoxunu tamamlamalıyıq. Danışıqlar prosesi davam edir, biz orada neytral mövqe tuturuq, qərarları başqa dövlətlər qəbul etməlidir”.