Azərbaycan gimnastları Dünya Kubokunda qızıl medal qazanıblar
İdman

Azərbaycan gimnastları Dünya Kubokunda qızıl medal qazanıblar

Azərbaycanın idman gimnastı Mixail Malkin Portuqaliyanın Koimbra şəhərində keçirilən batut gimnastikası və tamblinq üzrə Dünya Kubokunda qızıl medal qazanıb.

Azərbaycan Gimnastika Federasiyasından "Respublika"ya verilən məlumata görə, idmançı tamblinq növündə fəxri kürsünün ən yüksək pilləsində qalxıb.

Digər idman gimnastımız Tofiq Əliyev isə yarışı 4-cü pillədə bitirib.