ŞƏT-in rəsmisi: Azərbaycanda keçirilən prezident seçkiləri seçici fəallığı ilə diqqət çəkdi
Siyasət

ŞƏT-in rəsmisi: Azərbaycanda keçirilən prezident seçkiləri seçici fəallığı ilə diqqət çəkdi

Azərbaycanda keçirilən prezident seçkiləri seçici fəallığı ilə diqqət çəkdi. AZƏRTAC xəbər verir ki, bunu Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Baş katibi Can Min Azərbaycanda növbədənkənar prezident seçkiləri ilə bağlı mətbuat konfransında deyib.

Baş katib seçkilərlə əlaqədar Mərkəzi Seçki Komissiyasının və digər əlaqədar qurumların nümayəndələri ilə görüşdüklərini, missiyanın monitorinq keçirməsi üçün lazımi şəraitin yaradıldığını bildirib.

"Gəldiyimiz yekun rəy bundan ibarətdir ki, qanunvericiliyin tələblərinə uyğun olan seçki prosesində iştirak edənlər üçün bütün imkanlar yaradılmışdı. Missiyamız Bakıda və Sumqayıtda 60-dək seçki məntəqəsində səsvermə prosesini müşahidə edib. Təşkilatçılığın səviyyəsi ölkə ərazisində kompleks işlərin görüldüyünü deməyə əsas verir", - deyə C.Min vurğulayıb.