Ermənistanın növbəti ekosid planı
Siyasət

Ermənistanın növbəti ekosid planı

"Ermənistan Azərbaycanın keçmiş işğal edilmiş ərazilərində ekosid - ətraf mühitə qarşı genosid törədib. Meşələrimizin 60 min hektarı məhv edilib, kəsilib oğurlanıb, torpaqlarımız çaylarımız çirkləndirilib zəhərlənib. Ermənistan keçmiş işğal olunmuş ərazilərdə bizim su ehtiyatlarımızdan süni ekoloji fəlakət yaratmaq üçün istifadə edibErmənistan transsərhəd Oxçuçay çayını kəskin şəkildə çirkləndirir. Bu isə çayın Azərbaycan ərazisi boyu keçdiyi ərazinin ekoloji sistemini bərpaolunmaz deqradasiyaya məruz qoyur. Təəssüflər olsun ki, bəzi xarici şirkətlər bu ekoloji cinayətdə iştirak edir".

Bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev 2021-ci ildə BMT Baş Assambleyasının 76- sessiyasının dövlət hökumət başçıları səviyyəsində keçirilən illik ümumi müzakirələrində videoformatda çıxışı zamanı deyib.

Vandallıq, dağıdıcılıq ermənilərə yaranışdan verilmiş xüsusiyyətdir tarix boyu onların mentalitetində özünü büruzə verib. Bu isə onların bir xalq olaraq heç nəyə sahib olmadıqlarından irəli gəlir, çünki insan özünə məxsus olan heç bir şeyi qəsdən, bilərəkdən məhv etməz. Əgər onlara insan demək mümkündürsə...

30 il Azərbaycan torpaqlarını işğal altında saxlayan Ermənistan bu yerlərdə misli görünməmiş vəhşiliklər törətmiş, xalqımıza məxsus maddi mənəvi irsi məhv etmiş, ətraf mühitə, təbiətə hədsiz ziyan vurmuşdur. Hələ 1988-ci ildə Ermənistan-Azərbaycan münaqişəsinin başladığı ilk vaxtlarda düşmən ölkəmizə qarşı hərbi ekoloji təcavüz həyata keçirmiş, Şuşanın nadir sərvətlərindən biri, qədim tarixə malik, əsl təbiət möcüzəsi olan Topxana meşəsini yandırmış, Azərbaycan ərazisində ekosid törətmişdir. İşğal dövründə meşələrin qırılması yandırılması, su ehtiyatlarının çirkləndirilməsi, flora faunanın məhv edilməsi, regionda yerin təkinin talan edilməsi nəticəsində ekoloji tarazlıq pozulmuş, torpaq sahələri deqradasiya olunmuşdur. Meşə əraziləri son 30 il ərzində sürətlə azalmış, şirin su resursları çirkləndirilmiş, ətraf mühitə ciddi ziyan vurulmuşdur. Azərbaycan ərazilərində ermənilər tərəfindən əlvan qara metalların, habelə mineral su ehtiyatlarının intensiv şəkildə hasilatı həyata keçirilmiş, zəhərli tullantılar yerli sututarlarına, çaylara axıdılmışdır. Bu isə böyük həcmdə torpaq sahələrinin zəhərlənməsinə, şirin içməli su mənbələrinin yararsız hala düşməsinə səbəb olmuşdur. İşğalçı ölkənin yerli çayların üzərində çoxsaylı kiçik elektrik stansiyaları qurması səbəbindən çaylarda sululuq kəskin azalmış, həmçinin orada yaşayan canlılar kütləvi şəkildə məhv olmuşdur.

Mənbəyini Zəngəzur dağ silsiləsindən götürən, Zəngilan rayonu ərazisindən keçərək Araz çayına tökülən Oxçuçay Almaniyanın "Cronimet Holding" şirkətinin fəaliyyəti nəticəsində sənaye tullantıları ilə çirkləndirilmişdir. Çayın uzunluğu 83 kilometr, sutoplayıcı sahəsi 1175 kvadratkilometrdir. Qacaran mis-molibden, Qafan mis saflaşdırma kombinatının toksiki tullantılarının, eyni zamanda həmin şəhərlərin məişət-çirkab tullantılarının təmizlənmədən birbaşa çaya axıdılması səbəbindən Oxçuçayda ağır metallar normadan dəfələrlə artıq olmuşdur. Bu isə çay hövzəsində bioresurslara, ekologiyamıza ciddi ziyan vurmuşdur.

Ermənilər bəd əməllərindən bu gün əl çəkməyib. Müharibədən üç ilə yaxın bir müddət keçməsinə baxmayaraq, düşmən Azərbaycanla münaqişəni davam etdirir, terror təxribatlarını səngitmir. Belə ki, Ermənistan Naxçıvan Muxtar Respublikası ilə həmsərhəd ərazisində - Arazdəyən kəndində ABŞ şirkəti ilə birgə illik istehsal gücü 180 min ton olan iri metallurgiya zavodu tikməyi planlaşdırır. Ermənistan mətbuatında bildirilir ki, 70 milyon dollar ABŞ sərmayəsi ilə tikiləcək zavodun hündürlüyü 30 metr, sahəsi 16500 kvadratmetr olacaq. Ermənistan bu zavodu tikəcəyi təqdirdə istehsal prosesində zəhərli tullantılar Araz çayına axıdılacaq ki, bu da muxtar respublikanın ekosisteminə böyük zərbə vuracaq. Həm çaydakı canlılar, həm çayın suyu ilə suvarılan təsərrüfatlar məhv olacaq. Bu isə Ermənistan tərəfdən Azərbaycanın ekosisteminə açıq-aydın şəkildə təhdiddir. Digər bir tərəfdən, Ermənistanın bu addımı hər şeydən əvvəl BMT-nin Avropa İqtisadi Komissiyasının "Transsərhəd Kontekstində Ətraf Mühitə Təsirin Qiymətləndirilməsi haqqında" Konvensiyasına (Espo Konvensiyası) ziddir. Qeyd edək ki, Konvensiya 1991-ci ildə Finlandiyanın Espo şəhərində imzalanmış, 1997-ci ildə isə qüvvəyə minmişdir. Konvensiyanın əsas məqsədlərindən biri ilkin qərarvermə mərhələsində ətraf mühitə təsirin qiymətləndirilməsini təmin etməkdən ibarətdir. Prosedur qaydalar isə təsirə məruz qalacaq tərəflərin nəzərdə tutulan fəaliyyətlər ətraf mühitə təsirin qiymətləndirilməsi hesabatına iradlar bildirməsinə imkan verir.

Üzv olduğu heç bir təşkilata, qoşulduğu konvensiyaya məhəl qoymayan Ermənistan Arazdəyəndə metallurgiya zavodunu tikməyi planlaşdırarkən sözsüz ki, "Transsərhəd Kontekstində Ətraf Mühitə Təsirin Qiymətləndirilməsi haqqında" Konvensiyanın müddəalarını nəzərdən keçirməyib. Çünki Konvensiyada ətraf mühitə təsirlərin qiymətləndirilməsini təşkil etmək, hesabatını hazırlamaq bunları paylaşmaq tələb olunur. Konvensiyaya qoşulmuş tərəfdaş, o cümlədən qonşu ölkə olaraq Azərbaycanla razılaşmadan belə bir müəssisənin tikilməsi Ermənistan tərəfindən beynəlxalq hüquq normalarının kobud şəkildə pozulmasıdır. Belə ki, Konvensiyanın prosedur qaydalarına görə aidiyyəti tərəfdaş ölkələr arasında ikitərəfli məsləhətləşmələr olmalı, həmçinin fəaliyyəti icra edən ölkə yekun qərar barəsində təsirə məruz qalan ölkəyə məlumat verməli tərəfdaş ölkə tələb edərsə layihədən sonrakı analizlər aparılmalıdır. Ümid edək ki, hər zaman destruktiv siyasət həyata keçirən, tərəf olduğu beynəlxalq sənədlərin müddəalarını kobud şəkildə pozan Ermənistan bu dəfə qoşulduğu konvensiyanın müddəalarını nəzərdən keçirdikdən sonra hər hansı bir fəaliyyətə başlamağı planlaşdıracaq.

Mehparə ƏLİYEVA,

"Respublika".