Ermənistanın İran və Rusiya ilə dəmiryol əlaqəsi də Azərbaycandan keçir
Digər xəbərlər

Ermənistanın İran və Rusiya ilə dəmiryol əlaqəsi də Azərbaycandan keçir

Zəngəzur dəhlizinin açılması ölkəmizin iqtisadiyyatını inkişaf etdirməklə yanaşı, Azərbaycanın regionda çəkisini artıracaq. Zəngəzurdan keçən nəqliyyat, kommunikasiya, infrastruktur layihələri bütün türk dünyasını birləşdirəcək, inkişafa yeni nəfəs verəcək. Bu dəhliz, həmçinin Qərbdən Şərqə uzanan ticarət yollarının mayakına çevriləcək. Zəngəzur dəhlizinin istifadəyə verilməsi region dövlətləri ilə yanaşı, türkdilli dövlətlərin iqtisadi inkişafına böyük töhfə olacaq. Dəhlizin reallaşması ölkəmizin təqdim etdiyi digər tranzit nəqliyyat dəhlizləri dünyanın nəqliyyat xəritəsini yenidən formalaşdırır. Avropanı Asiya ilə birləşdirən çox önəmli nəqliyyat arteriyası olacaq. Zəngəzur dəhlizi ilə Zəngilan rayonu isə beynəlxalq nəqliyyat-logistika mərkəzinə çevriləcək.

Zəngəzur dəhlizinin bir parçası olacaq həm dəmir, həm avtomobil yolunun inşasına dair işlər sürətlə reallaşdırılmaqdadır. Tarixi torpaqlarımızdan keçəcək olan dəhlizə Qarabağ regionu daxilində magistral avtomobil yollarının birləşdirilməsi aparılan işlərin kompleks təbiət ilə implementasiya edildiyindən xəbər verir. Cənubi Qafqaz ölkələri olan Azərbaycan, Ermənistan Gürcüstan, qonşu ölkələr olan Türkiyə, Rusiya İran "3+3" formatda geosiyasi əməkdaşlıq edərək kommunikasiya xətlərinin yenidən bərpa edilməsi ilə beynəlxalq tranzit daşımalarda yeni iqtisadi ağırlıq mərkəzi yarada bilər. Əlbəttə ki, bu əməkdaşlıq çərçivəsində Zəngəzur dəhlizinin siyasi iqtisadi önəmi danılmazdır. Regionda digər həyata keçirilməsi nəzərdə tutulan layihələri dəyərləndirdikdə Zəngəzur dəhlizi region ölkələrinə daha ucuz alternativ olaraq çıxış edir.

Zəngəzur bizim təbii haqqımızdır. O, 1920-ci ildə Sovet İttifaqı dövründə bizdən alınıb, Ermənistana verilib.

Bir sözlə, Zəngəzur dəhlizi, dövlətimizin məqsədyönlü şəkildə qətiyyətlə reallaşdıracağı zəruri layihədir. Ən mühüm amil isə təbii olaraq, ölkənin milli iqtisadiyyat üzrə uzunmüddətli hədəflərinin reallaşmasından əlçatan olmasından ibarət olmasıdır. Bu sahədə digər sahəvi tənzimləmə təchizat tədbirləri tam əsaslarla həyata keçirilib ki, onlar da həm Zəngəzur dəhlizinin dayaqları kimi çıxış edə biləcək, həm onun reallaşmasından sonrakı mərhələlərdə səmərəliliyin artmasına xidmət edəcək.

Prezident İlham Əliyev noyabrın 25- ADA Universitetində keçirilən "Orta Dəhliz boyunca: geosiyasət, təhlükəsizlik iqtisadiyyat" mövzusunda beynəlxalq konfransda bildirib: "Ermənistanın İranla dəmir yolu əlaqəsi qurmağının yeganə yolu bizdən keçir. Ermənistanın Rusiya ilə dəmir yolu əlaqəsi qurmağının yeganə yolu bizdən keçir". Ölkə başçısı həmçinin deyib: "Azərbaycan Türkiyə nəqliyyat layihələri daxil olmaqla geniş regional əməkdaşlığın tərəfdarı idilər. Ona görə Azərbaycan, Ermənistan, Gürcüstan, Cənubi Qafqaz Türkiyə, İran, Rusiyanı nəzərdə tutan bu 3+3 formatı təqdim olundu. Biz Zəngəzur dəhlizini təşviq etməyə başlayanda Rusiya-Ukrayna müharibəsi hələ başlamamışdı Çindən Avropaya ənənəvi marşrutlar vasitəsilə tranzit yolları bağlanmamışdı. İndi isə vəziyyət başqadır Xəzərdən, eləcə Zəngəzurdan keçən marşrutlar xüsusi əhəmiyyət kəsb edir. Beləliklə, bu vəziyyətdən hər bir ölkə qazana bilər. Çünki bu dəmir yolunun bir qolu Azərbaycanın Naxçıvan Muxtar Respublikasının Culfa şəhəri vasitəsilə İrana daxil olacaq. Ermənistan da buraya daxil olacaq. Beləliklə, Ermənistan İranla onun arasında olmayan heç vaxt da olmayacaq dəmir yolu əlaqəsinə malik olacaq".

Röya RÜSTƏMLİ,

"Respublika".