Ermənistan xəyanətkarlığından və riyakarlığından əl çəkmir
Siyasət

Ermənistan xəyanətkarlığından və riyakarlığından əl çəkmir

"Biz Ermənistanla hər iki ölkənin ərazi bütövlüyünün qarşılıqlı tanınması əsasında normal münasibətlər qurmaq istəyirik. Biz dərhal sərhədlərimizin delimitasiyasına əlbəttə ki, bu proses bitəndən sonra demarkasiyasına başlamağa hazırıq. Həmçinin biz gələcək sülh sazişi üzərində Ermənistanla işləməyə başlamağa hazır olduğumuzu bildirmişik. Bütün bu təşəbbüslər tərəfimdən digər Azərbaycan rəsmiləri tərəfindən dəfələrlə vurğulanmışdır. Lakin əfsuslar olsun ki, Ermənistan hələ buna müsbət cavab verməyib. Beləliklə, bizim mövqeyimiz dəyişməz olaraq qalır...". Bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev İspaniyanın EFE informasiya agentliyinə müsahibəsi zamanı söyləyib.

İkinci Qarabağ müharibəsindən sonra Azərbaycanın məğlub ölkəyə sülh təklif etməsi müstəqil dövlətimizin humanist prinsiplərə sadiqliyini göstərir. Heç bir ölkənin daxili işlərinə qarışmayan, təkcə yerləşdiyi regionda deyil, bütün dünyada sülhü, əmin-amanlığı təşviq edən Azərbaycan bunu BMT-dən sonra ikinci ən böyük təsisat olan Qoşulmama Hərəkatına uğurlu sədrliyi ilə bir daha təsdiq edir. Belə ki, Hərəkata üzv olan dövlətlər insan hüquq azadlıqlarına, dövlətlərin ərazi bütövlüyü suverenliyinə hörmət etmək, bütün irqlərin xalqların bərabərliyini tanımaq dövlətlərin daxili işlərinə qarışmaqdan çəkinmək, hər bir dövlətin özünü fərdi ya kollektiv şəkildə müdafiə etməsinə hörmətlə yanaşmaq kimi təməl prinsiplər əsasında fəaliyyət göstərir. Azərbaycanın qalib tərəf olaraq təklif etdiyi sülh müqaviləsində dövlətlərin bir-birinin suverenliyi, ərazi bütövlüyü, beynəlxalq sərhədlərinin toxunulmazlığı əsas götürülür.

Eyni zamanda siyasi müstəqilliyin qarşılıqlı şəkildə tanınması, hər iki dövlətin bir-birinə qarşı ərazi iddialarının olmamasının qarşılıqlı təsdiqi gələcəkdə belə bir iddianın qaldırılmayacağına dair hüquqi öhdəliyin götürülməsi, diplomatik münasibətlərin qurulması, nəqliyyat kommunikasiyaların açılışı, dövlət sərhədinin delimitasiyası demarkasiyası s. şərtlər irəli sürülür ölkəmiz yalnız bu şərtləri yerinə yetiriləcəyi təqdirdə Ermənistanla sülh müqaviləsini imzalamağa hazır olduğunu bəyan edir.

Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşması istiqamətində Azərbaycanın atdığı addımlar təqdir olunur sülh sazişinin imzalanmasında beynəlxalq vasitəçilər ciddi səy göstərirlər. Lakin Belçika Krallığının paytaxtı Brüsseldə, Soçidə Praqada keçirilən görüşlərdə sülhün tərəfdarı olduğunu bildirən Ermənistan əməldə bunu qətiyyən göstərmir, hər dəfə bir bəhanə ilə verdiyi sözə əməl etmir. İşğalçı ölkənin növbəti bəhanəsi sülh müqaviləsinin imzalanmasını gecikdirməsi isə sərhədlərin delimitasiyasının 1975-ci il SSRİ Baş Qərargahının xəritəsinə uyğun olaraq aparılmasıdır. Qeyd edək ki, Azərbaycan bəzi qonşuları ilə delimitasiya prosesini heç bir vaxt xüsusi olaraq seçilmiş xəritəyə uyğun deyil, hüquqi əhəmiyyətli sənədlərin təhlili əsasında həyata keçirib Ermənistanla da sərhədlərinin delimitasiya demarkasiyasını bu istiqamətdə aparmağı nəzərdə tutur. Bu mənada Azərbaycan Ermənistan BMT- hansı ərazilər daxilində qəbul olunubsa, məhz o ərazilər təsdiq olunmalıdır. Bu isə 1991-ci ildə hər iki dövlətin ərazisini təsdiq edən Alma-Ata sənədinə istinadı şərtləndirir.

Professor Qabil Hüseynli 1975-ci ilə qədər Azərbaycanın demək olar ki, 21 min kvadratdan çox ərazisinin Ermənistana bağışlanıldığını, bu səbəbdən Paşinyan torpaq pay-püşünü ört-basdır etmək üçün həmin xəritələri gündəmə gətirdiyini bildirir: "Ancaq bütün topoqrafik siyasi xəritələrlə ümumi mənzərənin ortaya çıxarılması lazımdır. Peşkəş edilən ərazilərin geri verilməsi yox, sadəcə, millətçi erməni kəsimə beynəlxalq aləmə bu faktı çatdırmaq, tarixi yaddaşı yeniləmək üçün bu, bizə lazımdır".

Politoloq Cümşüd Nuriyev isə Ermənistanın 1975-ci il xəritəsini önə çəkməklə Azərbaycanın Laçın ərazisində yaratdığı nəzarət-buraxılış məntəqəsinin Ermənistan ərazisində qalmasına çalışdığını vurğulayır: "Bu xəritədə Qazağın kəndləri anklav şəklində Ermənistanın tərkibində qalır. İrəvan 1975-ci il xəritəsini yəqin ki, keçmiş Dağlıq Qarabağın ərazisinə görə istəyir. Çünki həmin dövrdə Hadrutla Ermənistan arasında məsafə çox yaxın idi. Azərbaycan sonradan məsafəni artırdı. Köhnə xəritəyə əsasən ermənilər Gorusdan müəyyən qədər, təxminən 5-6 kilometr zolaq şəklində Qubadlının ərazisinə daxil olurlar. Bu fonda da Hadrutla Ermənistan arasında məsafə daha qısa olur. Həmin səbəbdən Paşinyan 1975-ci il xəritəsinin üzərində dayanır".

Bəli, Ermənistanın hər bir əməlində xəyanətkarlıq, riyakarlıq gizlənir. Artıq 3 ilə yaxındır ki, sülh müqaviləsini imzalamaması bunun fonunda sərhədlərin müəyyənləşdirilməməsi mənfur düşmənin riyakarlığının nəticəsidir. Lakin müstəqil siyasət həyata keçirən Azərbaycan düşməninin kimliyini hansı əməllər sahibi olduğunu çox yaxşı bilir. Odur ki, Azərbaycan sərhədlərinin delimitasiyasının 1991-ci il Alma-Ata Bəyannaməsı əsasında aparılmasını istəyir mütləq ki, gec-tez istəyinə nail olacaq. Qeyd edək ki, Alma-Ata Bəyannaməsi ilə müstəqillik qazanmış ölkələr SSRİ dövründə keçmiş müttəfiq respublikaların inzibati sərhədlərini tanıyırlar bəyannamədə respublikaların bir-birilərinin ərazi bütövlüklərinə hörmətlə yanaşacaqları mövcud dövlət sərhədlərini dəyişdirməyəcəkləri bəyan olunur.

Mehparə ƏLİYEVA,

"Respublika".