Ermənistan sülh prosesinə kölgə salmaqda davam edir
Digər xəbərlər

Ermənistan sülh prosesinə kölgə salmaqda davam edir

Qarabağ ətraf ərazilərimizi 30 il işğal altında saxlayan düşmənlərimiz burada saysız-hesabsız cinayətlər törətmişlər. Faşizmin Cənubi Qafqazdakı təzahürü olan ermənilər əzəli əbədi torpaqlarımızda mövcud infrastrukturu, tarixi, etnik dini dəyərləri məhv etmişlər. İşğal altındakı ərazilərimizin ekoloji çirkləndirilməsi nəticəsində Azərbaycanın digər regionları da zərər çəkmişdir. Həmçinin bu ərazilərdən narkotik silah-sursat daşınması üçün intensiv şəkildə istifadə edilmişdir. 44 günlük Vətən müharibəsindən sonra da sərhəd boyu ərazilərimizə minalar basdırılmışdır.

Tarix boyu Ermənistanın əsas planı Qarabağ ərazisinə gedən strateji mövqe yolları tutmaq olmuşdur. Çünki ərazidəki erməni əhalisi əsgərlər bu yol vasitəsilə ərzaq, silah digər avadanlıqlarla təchiz oluna bilərdilər. Nəticədə Laçının işğal edilməsi Laçın-Xankəndi yoluna nəzarətin Ermənistanın əlinə keçməsi xain düşmənin planının böyük bir hissəsini tamamlamış oldu. Ermənistan hər zaman Laçın rayonunun onlara dəhliz kimi verilməsinə israr edib bəzi Qərb dairələri onların bu mövqeyini dəstəkləyib. Hətta Ermənistan rəhbərliyi əvvəllər ümumiyyətlə, ermənilər yaşamayan Laçın rayonunda qanunsuz məskunlaşma həyata keçirmişdir. Lakin 44 günlük Vətən müharibəsi zamanı əldə etdiyimiz qələbə bölgədə İran Ermənistanın birgə hərəkəti naminə planlaşdırılmış tranzit yollarına nəzarəti hayların əlindən aldı. Bütün bunlara baxmayaraq, Ermənistanın təxribatları hələ davam edir. Mina terroru mövqelərimizin müntəzəm atəşə tutulması da səngimək bilmir.

İşğaldan azad edilmiş torpaqlarda mövcud mənzərə böyük çətinliklər yaradır. Ermənistanın Azərbaycan ərazilərində hərbi təxribatları davam etdirməsi, hərbi qüvvələrini tam şəkildə ərazilərimizdən çıxarmaması, ərazilərimizin minalanmasını məqsədyönlü şəkildə davam etdirməsi postmünaqişə dövründə aparılan genişmiqyaslı bərpa-quruculuq işlərinə, bu ərazilərdə fəaliyyət göstərən mülki əhaliyə, habelə məcburi köçkünlərin geri qayıtmasına öz yerlərində dinc yaşamasına mane olur. Lakin bütün bunlara baxmayaraq, işğaldan azad edilmiş ərazilər Azərbaycan dövlətinin vəsaiti, Prezidentin siyasi iradəsi ilə tamamilə bərpa ediləcək, vətəndaşlarımızın normal həyatı üçün lazımi addımlar atılacaqdır.

Yaxın günlərdə Azərbaycan Respublikası tərəfindən Laçın-Xankəndi yolunun başlanğıcında sərhəd nəzarət-buraxılış məntəqəsi yaradıldı. Region üçün olduqca mühüm strateji əhəmiyyət kəsb edən bu məntəqə artıq Ermənistan siyasi dairələrini dərindən narahat edir. ABŞ Fransanın Laçın yolunda yaradılmış sərhəd nəzarət-buraxılış məntəqəsi barədə verdiyi rəsmi bəyanatlar erməni havadarlığının növbəti göstəricisidir. Ermənistan parlamentinin sədri Alen Simonyan sosial şəbəkədə bu bəyanatı paylaşmışdır. Azərbaycan dövlətinin maraqlarına hər hansı bir əngəl törədə bilməyəcəyini anlamaq istəməyən Ermənistan bu cür çirkin məlumatlarla regional sabitliyi pozmağa davam edir. Ermənistan 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatın 4- bəndinə zidd olaraq silahlı qüvvələrini Azərbaycan ərazisindən tam çıxarmamaqla yanaşı, Bəyanatın 6- bəndini kobudcasına pozaraq Laçın yolundan qeyri-qanuni hərbi fəaliyyətləri üçün sui-istifadə etdiyini bununla Azərbaycana qarşı təxribatlar törətdiyini bir daha nümayiş etdirir: Xain düşmənin bu qərarın guya 10 noyabr tarixli üçtərəfli Bəyanata zidd olması yönündə iddiaları tamamilə əsassızdır. Ermənistan özü sözügedən bəyanatın müddəalarını kobud şəkildə pozur üzərinə götürdüyü heç bir öhdəliyi yerinə yetirmir.

Sərhəddə təhlükəsizliyin təmin edilməsi milli təhlükəsizlik, dövlət suverenliyi, qanunun aliliyi üçün əsas prioritet hesab edilir. Laçın yolundan uzun illər qanunsuz məqsədlər üçün sui-istifadənin qarşısının alınması sərhəd təhlükəsizliyinin təmin edilməsi Azərbaycan dövlətinin məsuliyyətidir. Bu baxımdan, nəzarət buraxılış məntəqəsinin yaradılması qərarı da qanunsuz hərəkətin qarşısını almaq, ölkə ərazisinə nizamlı giriş çıxışa xidmət edir. Ermənistan hakim dairələri parlamentin spikeri açıqlama bəyanatlarında beynəlxalq ictimai nəzəri anti-Azərbaycan siyasətinə alət etmək, o cümlədən bu məqsədlə Beynəlxalq Ədalət Məhkəməsinin məlum qərarını təhrif etmək cəhdlərindən çəkinməlidir.

Çünki müxtəlif siyasi-hərbi planlar üçün "oyuncağa" çevrilən Ermənistanın başqalarının əli ilə Azərbaycanın suverenliyinə daxili-xarici siyasi xəttinə təsiretmə istəyi keçmişdə olduğu kimi, gələcəkdə uğursuzluqla nəticələnəcək.

Nurlan ABDALOV,

"Respublika".