Ermənilərin Azərbaycana qarşı Xolokostdan öz çirkin təbliğat və qarayaxma kampaniyası kimi istifadə etməsi riyakarlıqdır 
Digər xəbərlər

Ermənilərin Azərbaycana qarşı Xolokostdan öz çirkin təbliğat və qarayaxma kampaniyası kimi istifadə etməsi riyakarlıqdır 

Ermənilər özlərinin xislət və xarakterinə uyğun olaraq daim bütün mübarizələrini yalan və riya üzərində qururlar. Ermənistan hər zamankı kimi‚ növbəti dəfə məkrli əmələ əl atıb. Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycana qara yaxaraq riyakarcasına bildirib ki‚ "Ermənistanın baş naziri Paşinyan AFP-yə müsahibəsində azərbaycanlıları anklavda "əsl getto" yaratmaqda ittiham edib və guya bu, "növbəti Holokosta hazırlıqdır".

Qarabağdakı separatçıların nümayəndəsi Vardanyan isə hətta bəyan edib ki, "ermənilərin iztirabları Holokost qurbanlarının çəkdiyi əzablardan daha çoxdur...".

Ermənistan özünün məkrli siyasətini həyata keçirtmək üçün öz çirkin və iyrənc təbliğat üsullarına Xolokost qurbanlarını da əlavə edib. Ermənistan dövləti və məkrli erməni lobbisi Xolokostdan riyakarcasına istifadə edərək öz təbliğatını İkinci Dünya müharibəsi zamanı Hitler tərəfindən qorxunc soyqırıma və dəhşətlərə məruz qalan yəhudilərin üzləşdikləri ilə müqayisə etməyə çalışır. İkinci Dünya müharibəsi zamanı Avropada yaşayan bütün yəhudilərin 4-də 3-ü kütləvi şəkildə ən ağır işgəncələrlə qətl edilmişdir. Alman Gettolarında yəhudilərin üzləşdikləri fəlakət tükürpədici və qorxunc bir soyqırımı idi. Tarixdə Xolokostla və yəhudilərin başlarına gətirilən məşəqqətlər qətiyyən heç bir xalqın başına gətirilməmiş‚ heç bir xalq tarix boyu yəhudilərin çəkdiyi iztirab qədər iztirab çəkməmişdir. Bu səbəbdən, yəhudilərin üzləşdikləri misli görünməyən qorxunc soyqırımı aktları qətiyyən müqayisə edilə və nisbət göstərilə bilməz.

Azərbaycan ta qədimdən bu günə qədər dünyanın ən tolerant ölkəsidir. Azərbaycanda min illərdir ki‚ dərin tolerantlıq və multikultural dəyərlər ənənəsi vardır. Burada yaşayan heç bir xalqın nümayəndəsinə qarşı ayrı-seçkilik‚ kobudluq sərgilənməmişdir. Bütün xalqlar dostluq‚ qardaşlıq və doğmalıq şəraitində yaşayır. Ermənilər isə bütün tarix boyu Azərbaycan ərazilərində fitnə-fəsad‚ təxribatlar və soyqırımları törətmişlər. Azərbaycanda yaşayan bütün xalqların nümayəndələri‚ o cümlədən yəhudilər əsrlər boyu ermənilərdən zərər görüb və ermənilər tərəfindən qətliama məruz qalıblar. Azərbaycanın Quba rayonu ərazisində ermənilər kütləvi şəkildə bir neçə min yəhudini 1918-1920-ci illərdə məhz yəhudi olduqları üçün qətl ediblər. Qubadakı Soyqırımı Memorial kompleksindəki məzarlıq bunu açıq-aşkar sübut edir. Ermənilərin özü qatildir və əlləri qana bulaşmış millətdir. Ermənilər hər zaman Qafqazda yəhudilərə qarşı düşmənçilik siyasəti yeridib, daim etnik təmizləmə siyasəti aparıblar. Hazırda Ermənistanda yəhudilərə qarşı hücumlar və sıxışdırılmalar başlayıb.

Bu gün belə bir millətin özlərini Xolokost qurbanlarının pak və şərəfli adları ilə eyni tutmaları hiddət doğurur. Azərbaycan ərazisində heç bir zaman ermənilərə qarşı soyqırımı faktı olmayıb və heç bir tarixi mənbə buna şahidlik etmir. Azərbaycan xalqı son dərəcə humanist və tolerant xalqdır və tarix boyu ermənilərə də humanistcəsinə davranıb. Bu gün də Azərbaycan dövləti ermənilərə qarşı öz ənənəvi humanizm siyasətinə uyğun olaraq davranmasına baxmayaraq, ermənilər riyakarcasına Xolokost adından istifadə edərək məkrli şəkildə Azərbaycana qarşı qarayaxma kampaniyası aparmağa çalışır.

Ermənistan və havadarları bölgədə öz çirkin niyyətlərini həyata keçirmək üçün hər cür fitnə və təxribata əl atmaqdadırlar. Hazırda İran və Fransanın himayəsi ilə bölgədə qarışıqlıq və təxribat yaradan Ermənistan birmənalı olaraq bölgənin təhlükəsizliyini pozur. Cənubi Qafqazda terror dalğası yaradır. Fransanın Qarabağdakı erməni qanunsuz birləşmələrinə göndərdiyi yardım da bölgədə hərbi siyasi vəziyyəti gərginləşdirmək məqsədi daşıyır. Qarabağ Azərbaycan Respublikasının beynəlxalq hüquqla tanınan qanuni ərazisidir və heç bir ölkə Azərbaycandan xəbərsiz və Azərbaycanın rəsmi icazəsi olmadan bu ölkənin tərkib hissəsi olan qanuni ərazisinə özbaşına gələ bilməz. Fransanın xoş niyyəti vardısa, bunu öncə Azərbaycan tərəfinə rəsmi qaydada bildirməli‚ məqsədini əsaslandıraraq razılaşdırmalı və Azərbaycanla müştərək şəkildə hər iki ölkənin hökuməti birgə olaraq Qarabağdakı ermənilərə yardım apara bilərdilər. Əks təqdirdə‚ bir ölkənin icazəsi olmadan onun beynəlxalq ictimaiyyət tərəfindən tanınan ərazisinə‚ suveren sərhədlərinə daxil olmağa cəhd etmək məhz beynəlxalq hüquqla ağır cinayətdir.

Bu gün Fransanın ermənilərə dırnaqarası humanitar yardımı böyük bir hiylədir. Fransanın məqsədi ermənilərin əli ilə bölgəyə gəlməkdir. Fransa işğalçı və istismarçıdır. Qarabağın erməni işğalında olduğu 30 il ərzində Qarabağı talan edən əsas istismarçı şirkətlər məhz İran və Fransa şirkətləri idi. Bu şirkətlər Qarabağın qızıl‚ gümüş‚ mis‚ molibden və s. təbii sərvətlərini talamışlar. Fransa indi bu talançılıqdan məhrum olduğu üçün Qarabağın işğaldan azad edilməsi ilə barışmır və Azərbaycanın qələbəsini həzm edə bilmir. Bu səbəbdən, var qüvvəsilə Azərbaycana qarşı hücuma keçib və əlindən gələn təxribatı törətməyə çalışır.

Fransa və İran erməniləri silahlandıraraq Azərbaycan ərazilərində təxribatlar yaradırlar. İranın Azərbaycana qarşı düşmənçiliyi məhz Azərbaycan öz müstəqilliyini bərpa etdikdən‚ 1991-ci ildən bu günə qədər davam edir. İran heç bir zaman qonşuluğunda güclü və qüvvətli Azərbaycanın olmasını gözü götürməyib və Azərbaycanın güclənməsini‚ inkişafını və Ermənistan üzərindəki qələbəsini həzm edə bilmir və qətiyyən bununla barışa bilmir. Bunun da bir çox səbəbləri vardır. Cənubi Azərbaycan‚ Təbriz faktoru və daim Qarabağı özünün narko- plantasiyasiyası hesab etməsi‚ 30 il narkotik əkib-becərərək milyardlarla dollar qazanc əldə etdiyi Qarabağdakı qeyri-qanuni qazanc fəaliyyətlərindən məhrum olmasıdır. İran rejimi Zəngəzur dəhlizinə də bu səbəblə qarşı çıxır. Çünki məhz Zəngəzur vasitəsilə İran molla rejimi Ermənistana silah-sursat və hərbi texnika göndərərək bölgədə daim Azərbaycana qarşı təhlükə‚ təxribat və münaqişə yaratmağa‚ Ermənistanı sülhdən çəkindirməyə çalışır. Bununla da Ermənistan təxribatlara və münaqişələrə təhrik edilir. İran və Fransa bu istiqamətdə dəridən-qabıqdan çıxır.

Məhz‚ bu və digər bu kimi hallar erməniləri cəsarətləndirərək Xolokost qurbanlarının pak adlarının Azərbaycana qarşı özlərinin çirkin və riya dolu təbliğatlarında istifadə edilməsinə şərait yaradır. Bu hal Xolokost qurbanlarına qarşı hörmətsizlikdir. Biz‚ Ermənistan rəhbərliyinin öz çirkin qarayaxma kampaniyalarında Xolokost adından istifadə etməsinə qəti şəkildə etiraz edərək bu mənfur əməli qətiyyətlə pisləyirik. Ermənilərin və havadarlarının həyata keçirdiyi bütün məkrli qarayaxma kampaniyalarına qarşı dost və qardaş Azərbaycan dövlətinin və xalqının yanındayıq.

İsrail Təhlükəsizlik

Akademiyasının

Qafqaz üzrə Azərbaycan

Respublikasındakı

Regional Nümayəndəliyi.