ERMƏNİ XİSLƏTİNİN TARİXİ İFŞASI
Digər xəbərlər

ERMƏNİ XİSLƏTİNİN TARİXİ İFŞASI

İşğalçı, xəbis erməni vandallarının Azərbaycan torpaqlarını işğal altında saxladığı 30 il ərzində o ərazilərdə dünyada görünməyən, analoqu olmayan dəhşətli vəhşiliklər törətməsi, insanları kütləvi qətlə yetirməsi, bütün mədəni, dini, tarixi abidələri məhv etməsi acı həqiqətdir. Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, şanlı ordumuzun şücaəti ilə müqəddəs doğma torpaqlarımız işğaldan azad ediləndən sonra dünya bu dəhşətin nə dərəcə böyük olduğuna bir daha şahidlik etdi. Bu gün bizim qarşımızda duran ən mühüm vəzifələrdən biri, ermənilərin törətdiyi bu vəhşilikləri faktlar əsasında dünyanın diqqətinə çatdırmaq, erməni faşizminin nə qədər qorxunc, qeyri-insani mahiyyət daşıdığına bütün bəşəriyyəti inandırmaqdır.

Eyni zamanda, Qərbi Azərbaycan İcmasına qarşıda duran vəzifələrin yerinə yetirilməsi üçün yaxından köməklik göstərməkdir. Nəhayət, Qərbi azərbaycanlıları öz doğma müqəddəs torpaqlarına qovuşdurmaqdır. Bunun üçün məqsədyönlü tədbirlər görülməlidir. Artıq erməni xislətinin iç üzünü göstərən tarixi faktlar internet səhifələrində özünə geniş yer tapmışdır. Son 100 ildə erməni lobbisinin, mafiyasının çətiri altında terror mexanizmi fəaliyyətdədir. Ötən əsrin ortalarından başlayaraq, erməni terror təşkilatları dünyanın dörd bir yanında terror aktları, cinayətlər, müxtəlif təxribatlar həyata keçiriblər. Erməni terrorçular daha çox Azərbaycan, Türkiyə, Rusiya, Fransa və ABŞ-da fəallıq göstəriblər. Bu gün bu cinayət maşını dünyanın dörd bir yanına yayılmaqdadır.

Görkəmli yunan tarixçisi Publiy Korneyli Tasit iki fundamental kitabında tarixi faktlara istinad edərək erməni millətinin hansı keyfiyyətə malik olmasını və onların iç üzlərini tam açıb göstərmişdir. Yunan tarixçisi, görkəmli tarixçi Avqustonun əsərlərinə istinadən yazır ki, bu ikiüzlü millət Roma xalqına hədsiz dərəcədə kin bəsləmiş, onun paxıllığını çəkmişdir.       

O cümlədən Yunan, Ərəb, Monqol, Osman və Rus imperiyalarına qarşı erməni qəbiləsi xəyanətkar çıxaraq kütləvi qırğına məruz qoymuşdur. Fakt faktlığındadır...

 Monqol hökmdarı Böyük Əmir Teymur erməniyə sadə bir xarakteristika verərək demişdir ki, "Tarix mənə iki ən böyük səhvimi bağışlamayacaq: Birincisi mən bir etnos kimi ermənilərin kökünü kəsmək istəmişəm, ikincisi isə mən bunu etməmişəm". Məhz bu səbəbdən, onlardan az miqdar saxlamışdır ki, özündən sonra gələn xalqlar erməniləri tanıyıb Əmir Teymuru qınamasınlar.

Amerika tarixçilərindən Jastin və Kerolin Makkarti isə demişdir: "Ermənilərin müasir əraziləri onlara deyil, Azərbaycana məxsusdur. Məhz elə bu səbəbdən də Ermənistan adlanan ərazilərdə yerləşən coğrafi adlar azərbaycanlılara aiddir".

Fransız səyyahı Aleksandr Düma isə öz fikirlərini belə bölüşmüşdür: "Ermənilər həmişə erməni dinindən olmayan, yaxud erməni dinindən fərqli olan xalqların hakimiyyətləri altında yaşamışlar. Nəticədə onlar öz düşüncələrini, hisslərini və niyyətlərini gizlədərək fırıldaqçılara və yalançılara çevrilmişlər".

Böyük rus yazıçısı Lev Tolstoy bildirmişdir ki, "Həqiqətən ermənilərin Qafqaza köçürülməsi, Qafqaz xalqlarının kürəyinə xaincəsinə sancılan bir xəncərdir". 

Rus diplomatı general Mayevskiy, rus səyyahı Veliçko, ingilis səyyahı Adam Mest, etnoqraf Şavrov, məşhur rus şairləri: Mayakovskiy, Puşkin, Lermontov, tədqiqatçı Listyev, hətta erməni xalqının nümayəndələrindən Keron Patkanyan, Movses Xorenasiy, Qevorq Aslan, Rasiya Açaryan, Xaçatur Abovyan, Yeqiş Çerens, Vaqram Patkanyan və digər erməni xislətinin iç üzünü çəkinmədən göstərmişlər. Burada adları göstərilən ermənilər öz millətlərinin nankorluğunu, xəyanətkarlığını, xəbisliyini, paxıllıqlarını, satqınlıqlarını, əxlaqsızlıqlarını və s. açıb göstərərək onların dövlətlərinin olmaması, köçürülərək gəlməsi fikirlərini açıq-aydın söyləmişlər. Bu faktlar erməni millətinin tarixə qara bir ləkə olması sübut edir. Bununla dünya ölkələri Ermənistanın necə saxtakar, rəzil və aqressiv bir dövlət olduğunu bir daha görür.

Erməni xalqının xislətinin üzə çıxarılması və dünyaya çatdırılması hər birimizin müqəddəs borcumuzdur. Bu gün hamımızın bir amalı var: Öz doğma əzəli torpaqlarımız olan Qərbi Azərbaycana qayıdış, oranı dirçəltmək və sahib olmaq. Tam əminliklə deyə bilərik ki, biz buna nail olacağıq. Bu inamı bizdə yaradan Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılan tam və qəti Qələbə olmuşdur...

Biz də xalq olaraq ölkə Prezidentimiz cənab İlham Əliyevin çıxışlarından irəli gələn vəzifələrin və Qərbi Azərbaycan İcmasının Qayıdış Konsepsiyasının həyata keçməsinə öz töhfəmizi verməliyik.

Nürəddin MƏMMƏDOV,

Gəncə Şəhər Ağsaqqallar Şurasının

sədri, Əməkdar müəllim, professor.