Əməksevər insan
Region

Əməksevər insan

Zəngəzurun nüfuzlu Sultanovlar nəslinin nümayəndəsi Elbrus Quliyevlə tanışlığımın 40 ildən çox tarixi var. O, 1953- il may ayının 10-da Dağlar diyarı Qubadlı rayonunda anadan olmuş, 1970-ci ildə Bakı şəhərində fəhlə kimi əmək fəaliyyətinə başlamışdır. 1978-ci ildən bu günədək Dövlət Statistika Komitəsində iqtisadçı, eyni zamanda Birləşmiş Həmkarlar İttifaqı Komitəsinin sədri vəzifəsində çalışır.

Elbrus Quliyev iqtisadi sosial sahələrdə beynəlxalq aləmdə qəbul edilmiş vahid metodologiya əsasında respublikamızda statistik məlumat sisteminin yaradılması üçün bilik təcrübəsini əsirgəməmişdir. Ölkənin ictimai-siyasi həyatında mühüm əhəmiyyətə malik məsələlərdən biri kimi statistik məlumatların hazırlanmasının tədricən beynəlxalq standartlara bazar iqtisadiyyatı tələblərinə uyğunlaşdırılması prosesində fəal iştirak etmişdir. Dövlət Statistika Komitəsinin rəhbərliyi onun yüksək peşəkarlığını, əməksevərliyini hər zaman nəzərə almışdır.

1993- ildən DSK Birləşmiş Həmkarlar İttifaqı Komitəsinin sədri kimi o, əməkdaşlara maddi mənəvi dəstək göstərilməsi, onların kurort sanatoriyalarda istirahət etməsi müalicə olunması üçün çalışmış, Birinci Qarabağ müharibəsi dövründə dəfələrlə müharibə bölgələrində olmuş, ordu hissələrinə, eləcə keçmiş məcburi köçkünlərə maddi yardımların çatdırılmasını təşkil etmişdir.

Ölkəmizin ilk qeyri-hökumət təşkilatlarından biri olan "Zəngəzur" cəmiyyətlər birliyi idarə heyəti sədrinin birinci müavini olmuş, incəsənət sahəsində istedad bacarığını göstərmişdi. Belə ki, SSRİ Elmlər Akademiyasının ilk azərbaycanlı müxbir üzvü Əli Ağamalı oğlu Əmiraslanovun həyat yoluna həsr edilmiş "Kremlin müşaviri" sənədli filmində Əli Əmiraslanovun obrazını yaratmışdır. 2012-ci ildə həyata vəsiqə almış film respublika ictimaiyyəti tərəfindən yüksək qiymətləndirilmişdir.

Elbrus Quliyev Yeni Azərbaycan Partiyasının üzvü kimi ulu öndər Heydər Əliyevin ideyalarının Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin daxili xarici siyasətinin fəal təbliğatçısıdır. O, 2019-cu ildə Azərbaycan Prezidentinin fərmanı ilə "Dövlət qulluğunda fərqlənməyə görə" medalına layiq görülmüşdür. Həmçinin, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası tərəfindən "Həmkarlar İttifaqında xidmətlərə görə" medalı ilə təltif olunmuşdur.

Elbrus Quliyevin həyat yolu gənclərə örnək nümunədir.

Rafael SÜLEYMANOV,

Dövlət Statistika Komitəsinin

Kollegiya üzvü.