Emal sənayesində 8,7 milyard manatlıq məhsul istehsal olunub
Digər xəbərlər

Emal sənayesində 8,7 milyard manatlıq məhsul istehsal olunub

Emal sənayesində 2023-cü ilin yanvar-iyun aylarında 8797,0 milyon manatlıq məhsul istehsal olunub və sənaye xarakterli xidmətlər göstərilib.

Dövlət Statistika Komitəsindən “Respublika”ya bildirilib ki, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə içki istehsalında 26,5 faiz, qida məhsullarının istehsalında 11,9 faiz, tütün məmulatlarının istehsalında isə 7,0 faiz artım müşahidə olunub.

Bu sahələrin əsas məhsullarından üzüm şərabının istehsalı 69,5 faiz, şəkərli qənnadı məmulatlarının istehsalı 24,7 faiz, unlu qənnadı məmulatlarının istehsalı 24,0 faiz, siqaret istehsalı 21,4 faiz, meyvə-tərəvəz konservlərinin istehsalı isə 4,5 faiz artıb.