Əlilliyi olan şəxslərə 28,9 min reabilitasiya vasitəsi verilib
Sosial həyat

Əlilliyi olan şəxslərə 28,9 min reabilitasiya vasitəsi verilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən bu ilin ilk rübündə əlilliyi olan şəxslərə 28,9 min reabilitasiya vasitəsi verilib.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən “Respublika”ya verilən məlumata görə, onlardan 2,8 mini təkərli oturacaq, 563-ü aşağı və yuxarı ətraf protezi, 698-i qoltuqaltı və dirsəkaltı ağac, 688-i eşitmə aparatı olub. Həmçinin əlilliyi olan şəxslərə 769 cüt protez ayaqqabı, 1351 cüt ortopedik ayaqqabı, 23 korset və s. reabilitasiya vasitələri təqdim olunub.

Yanvar-mart aylarında ümumilikdə 4,3 min nəfər əlilliyi olan şəxs reabilitasiya vasitəsi ilə təmin edilib.