Ədalət zəfər çalacaq
Digər xəbərlər

Ədalət zəfər çalacaq

Son iki əsrdə Cənubi Qafqazda azərbaycanlılara qarşı məqsədyönlü şəkildə həyata keçirilmiş etnik təmizləmə soyqırımı siyasəti nəticəsində xalqımız ağır məhrumiyyətlərə, milli faciə məşəqqətlərə məruz qalmışdır. Mərhələ-mərhələ gerçəkləşdirilən belə qeyri-insani siyasət nəticəsində soydaşlarımız indi Ermənistan adlandırılan ərazidən - min illər boyu yaşadıqları öz doğma tarixi-etnik torpaqlarından didərgin salınmış, xalqımıza məxsus minlərlə tarixi-mədəni abidə yaşayış məskəni dağıdılıb viran edilmişdir.

Tarixi sənədlər göstərir ki, məhz Rusiyanın köməkliyi ilə İrəvan Ermənistanın paytaxtı olub. 1918-ci ilə qədər İrəvan xanlığı bu ərazinin mərkəzi idi. Tarix isə hələ heç bir erməni imperiyası tanımır. Rusiyanın erməni vandallarına köməklik etməsinə baxmayaraq, onlar rusların ürək dostu olmamışlar. Bir ki, ermənilər həmişə dünya xalqlarını aldatmışlar ki, "biz xristian olduğumuza görə türklər bizi qırırlar. Siz müdafiəmizə qalxın!".

Bir dəfə Çəmbərək (Krasnoselsk) mədəniyyət işçilərinin seminar müşavirəsi keçirilirmiş. Müşavirədə iştirak edən Ermənistanın mədəniyyət nazirinin müavini deyir: "Sonu yan, tan, can, an şəkilçiləri ilə bitən sözlər hamısı ermənilərə məxsusdur buradan belə nəticəyə gəlmək olar ki, erməni xalqının özü kimi, dili dünyada ən zəngin dildir". Bir nəfər azərbaycanlı söz alıb deyir: - O zaman Tayvan, Livan, Kuban, Pakistan da sizindir? O, cavab verə bilmir. Azərbaycanlılar qəhqəhə çəkib gülüşürlər. Mədəniyyət nazirinin nümayəndəsi özünü itirir şok vəziyyətinə düşür.

1918-ci ildə erməni vandalları Qərbi Azərbaycanın bir sıra ərazilərində qanlı cinayətlər həyata keçirmiş, kütləvi qətllər törətmişlər.

1918-ci ilin ortalarında daşnak həyasızlığı son həddə çatmışdı. Bu zaman daşnak zülmünə vəhşiliyinə qarşı mübarizə aparmaq üçün qeyrətli mübariz türk oğulları 32 yaşlı Abbasqulu bəy Şadlinskinin başçılığı ilə silahlı özünümüdafiə batalyonu yaratmışlar.

1920-ci ilin yayında Naxçıvan erməni-daşnak birləşmələri tərəfindən işğal edilir. Bu zaman Vedibasar mühasirəyə düşür. Əhalini xilas etmək məqsədilə Abbasqulu bəy Şadlinski düşmən mühasirəsini yarıb camaatı Cənubi Azərbaycana keçirir. A.Şadlinski 1920-ci ilin payızında Naxçıvan bolşevik hökumətinin dəvəti ilə geri qayıdır 400 nəfərlik məşhur "Qırmızı tabor"u yaradır. İgid sərkərdənin cəsur döyüşçüləri Dərələyəzi yandırıb külə döndərməkdə olan Xudapet Qaponun daşnak qoşunlarına dalbadal sarsıdıcı zərbələr endirir. Qısa vaxtda Dərələyəz Qərbi Azərbaycanın Zəngəzur bölgələrində kök salmış daşnak qoşunları silahı ataraq təslim olurlar.

1918-ci ildə Qarakilsənin (Kirovakan) Vartana kəndi daşnaklar tərəfindən tamamilə yandırılmışdı. Bu kənddən tək-tək yaşlı adamlar salamat qurtara bilmişdi. Həmin ilin sonlarında daşnak ordusu İrəvan quberniyasında 200 azərbaycanlı kəndini qarət edib yandırmışlar. Ermənilər bu cür vəhşilikləri Basarkeçər rayonunun Şişqaya, Kiçik Məzrə, Subatan, Qamışlı kəndlərində törətmişlər. Erməni quldur dəstəsi başda polkovnik Silikyan olmaqla Zod kəndində məhv edilmiş, bu kənddəki şücaətinə görə Səməd Ağanın adı dillərə düşmüşdü.

1920-ci ilin yazında Tiflisdə parlament nümayəndələri Ermənistanın paytaxtını müəyyənləşdirmək məqsədilə müzakirəyə başlamışlar. Qədim türk şəhəri İrəvanın Ermənistana paytaxt verilməsi parlament üzvü Həsənbəy Ağayev tərəfindən kəskin etirazla qarşılanmışdı. 28 nəfər parlament üzvündən 16 nəfəri İrəvanın Ermənistan paytaxtı olmasına səs verdikdə Həsənbəy Ağayev etiraz əlaməti olaraq istefa verib parlament üzvlüyündən çıxmışdı. Bir neçə gündən sonra isə daşnaklar onu Tiflisdə qətlə yetirmişdilər.

1918-ci il mayın 29-da Azərbaycan Milli Şurasının qərarı ilə qədim Azərbaycan şəhəri İrəvan ətrafındakı 9 min kvadratkilometr ərazini əhatə edən torpaqlarla birlikdə ermənilərə verildi. Qərbi Azərbaycanın Çəmbərək, Basarkeçər, Kəvər, Qaranlıq rayonlarındakı soydaşlarımızdan 200-dən artıq ailə "qolçomaq" adı ilə daşnaklar tərəfindən Sibirə Qazaxıstana sürgün edildi.

1948-1953- illərdə İ.Stalinin A.Mikoyanla birgə hazırladığı genosid siyasəti nəticəsində Qərbi Azərbaycandan 150 min nəfər soydaşımız "könüllülük" prinsipi əsasında Azərbaycanın Kür-Araz ovalığına köçürüldü. Çoxları Aran zonasının iqlim şəraitinə dözə bilmədi.

1988-ci ildə 300 mindən çox soydaşımız deportasiyaya məruz qalaraq min illər boyu yaşadıqları torpaqlardan - Qərbi Azərbaycandan qovuldu. Artıq 35 ildir ki, Qərbi azərbaycanlılar qaçqınlıq həyatı yaşayırlar. Onların hər biri ata-baba torpaqlarına qayıtmağı səbirsizliklə gözləyirlər.

24 dekabr 2022-ci ildə Prezident İlham Əliyevin Qərbi Azərbaycan ziyalıları ilə görüşü oldu. Bu görüş insanların qəribsəmiş yurd yerlərinə qayıtmaq ümidini artırdı. Tədbirdə ölkə başçısı Qərbi Azərbaycana Qayıdış Konsepsiyasının hazırlanması tapşırığını verdi bildirdi ki, indi bizim gündəliyimizdə duran əsas məsələ budur: "Bu baxımdan inanıram ki, biz icmanın məram məqsədlərini, gələcəyə yönəldəcək, tarixi həqiqətlərə əsaslanan kompleks tədbirlər müəyyənləşdirəcəyik".

İndi ən böyük hədəfimiz Qərbi Azərbaycana qayıdışdır. Bu məqsədlə Qərbi Azərbaycan İcması UNESCO-nun Baş direktoru Odri Azuleyə Qərbi Azərbaycandan olan ziyalılar, mədəniyyət incəsənət xadimləri, şair yazıçılar tərəfindən məktub ünvanlamışdır.

Rüstəm DASTANOĞLU,

adamı.