DYP “Məktəblinin yol dostu” layihəsinə start verib
Elm və təhsil

DYP “Məktəblinin yol dostu” layihəsinə start verib

Baş Dövlət Yol Polisi (DYP) İdarəsi “Diqqət uşaqlar!” devizi ilə keçirilən təhlükəsizlik aylığı çərçivəsində “Yelo Bank”la birgə “Məktəblinin yol dostu” layihəsinə start verib.

İdarədən “Respublika”ya verilən məlumata görə, tədbirdə məktəbli uşaqlarla görüşlər olub, onlara yol hərəkəti qaydaları ilə bağlı ilkin məlumatlar verilib.

Sonda uşaqlara Baş DYP İdarəsinin hazırladığı metodiki vəsaitlər təqdim olunub.

Qeyd olunub ki, məqsəd yollarda uşaqların təhlükəsizliyini təmin etməkdir.

Bundan sonra da gələcəyimiz olan uşaq və gənclərə dəstək layihələri davam ediriləcək.