Düşmənin məğlub ordusunda fərarilik və xaos hökm sürür
Digər xəbərlər

Düşmənin məğlub ordusunda fərarilik və xaos hökm sürür

Ermənistan siyasi elitasının hərbçiləri haqqında formalaşdırdığı məğlubedilməzlik mifi düşmən ordusu daxilində hökm sürən xaosla bağlı məsələləri şərh edən Sosial Tədqiqatlar Mərkəzinin sektor müdiri, politoloq Tural İsmayılov bildirir ki, Ermənistan ordusu haqqında uzun illərdir yanlış mif formalaşdıranlar Ermənistan hakimiyyətində təmsil olunan qüvvələr idi. Bu siyasi qüvvələr bir-birini əvəzləsələr , real islahatlardan qaçıb ölkə daxilindəki xaosu, ağır durumu aradan  qaldırmaq  yerinə, xalqı saxta vətənpərvərlik  şousuna cəlb edirlər.

Əslində, Ermənistanda aparılan yanl

ış siyasi təbliğat konkret olaraq bir hakimiyyətin adı ilə bağlı deyil. Robert Koçaryanın hakimiyyəti dövründə başlanılan bu siyasi xətt Serj Sarkisyanın prezident olduğu illərdə kulminasiya nöqtəsinə çatdı. Müxalifətdə olarkən hakim rejimin  bu saxta vətənpərvərlik şoularını daim tənqid edən Nikol Paşinyan özü siyasi iqtidara gəldikdən sonra eyni formada onların yolunu davam etdirirdi. Nəticədə böyük Ermənistan ordusu mifi ətrafında aldadılan bir xalq formalaşdıLakin  Azərbaycan ordusunun 44 günlük Vətən müharibəsində düşmənə vurduğu sarsıdıcı zərbə  təkcə ermənilərin hərbi diplomatik mənada məğlubiyyətə düçar olması ilə nəticələnmədi. Bizim qazandığımız qələbə Ermənistan ordusu haqqında  uydurulmuş  miflərin darmadağın edilməsinə səbəb oldu. Bu gün  nizamnamədən kənar davranışlara görə ən çox əsgər ölümlərinin qeydə alındığı orduların başında Ermənistan dayanır. Həm Ermənistanın özünün açıqladığı rəsmi statistikalar, həm dünyada hərbi sahə üzrə araşdırma aparan tədqiqat mərkəzlərinin gəldiyi nəticələrdən aydın olur ki, Ermənistan əsgər ölümlərinin sayına (əsgərlərlə-əsgərlər, əsgərlərlə-zabitlər zabitlərlə-zabitlər) görə liderdir. Eyni zamanda Ermənistandakı kütləvi sayda əsgər ölümləri gizlədilir guya hərbçilərin avtomobil qəzalarında, digər bədbəxt hadisələrdə dünyasını dəyişdikləri bildirilir. Əlbəttə ki, bütün bunlar rəsmi hakimiyyət qurumları tərəfindən saxta şəkildə dərc edilmiş "hesabatlardır". Əsgər ölümləri qarşıdurmalar böyük problemlər eyni zamanda ordu daxilindəki nizamnamədən kənar davranışlar nəticəsində formalaşıb.

"Nikol Paşinyanın həyat yoldaşının 44 günlük Vətən müharibəsində Ermənistan ordusunda 11 min fərarinin olmağı ilə bağlı verdiyi açıqlama da ordularındakı rəzil durumu göstərir. Həmçinin Ermənistanda ordunun maddi-texniki təminatı da  çox aşağı səviyyədədir. Bu gün Ermənistan Rusiyadan aldığı pulsuz yararsız silahların ümidinə qalıbdır. Eyni zamanda erməni hərbçiləri NATO standartlarına uyğun hər hansı bir təlim görməyiblər. Ölkənin KTMT üzvlüyü isə  Ermənistan ordusuna əlavə bir təsir etməyib. Ermənistan ordusunda casus şəbəkələri geniş yayılıb. Necə ki, siyasi idarəetmədə vahid bir mərkəz yoxdur, eləcə hərbi komandanlıqda da idarəetmə xaosu yaşanır. Ümumiyyətlə, bu ölkədə Ali Baş Komandan anlayışı mövcud deyil. Nikol Paşinyana Ali Baş Komandan kimi hörmət etmirlər komandirlər arasında ikili fikirlər mövcuddur. Zabitlər Rusiyadan təlimat alsa da bəziləri birbaşa Sorosçular Ermənistanda siyasi hakimiyyəti qəsb etmiş qərb  imperialistlərinin oyuncağına çevriliblər. Bu baş verən hadisələr düşmən ordusunda mənəvi-psixoloji durumu aşağıya salır. İnsanlar övladlarını orduya göndərmək istəmir, hər gün əsgər valideynləri müxtəlif hərbi siyasi institutların binaları qarşısında etiraz aksiyaları keçirirlər. Proseslər cəmiyyətlə ordu arasındakı uçurumun qədər kəskin olduğunu bir daha sübut edir", -  deyə ekspert vurğulayıb.

Musa BAĞIRLI,

"Respublika".