Dursun Özbek: “Superkubokun Bakıya salınması üçün təmaslarımızı davam etdirəcəyik”
İdman

Dursun Özbek: “Superkubokun Bakıya salınması üçün təmaslarımızı davam etdirəcəyik”

“Türkiyə Superkubokunun Bakıya salınması üçün səlahiyyətli qurumlarla təmaslarımızı davam etdirəcəyik”.

“Respublika” xəbər verir ki, bunu Türkiyənin “Qalatasaray” klubunun prezidenti Dursun Özbek Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) ilə imzalanan sponsorluq müqaviləsi zamanı deyib.

Qalatasaray rəhbəri rəqibləri “Fənərbağça” ilə final qarşılaşmasının Bakıda keçirilməsini arzuladıqlarını da bildirib: “Türkiyə Superkubokunun Bakıda təşkili çox yaxşı olar. “Qalatasaray”a Azərbaycanda olan maraq, sevgi Türkiyədəkindən fərqli deyil. Buna Bakıda olduğumuz zaman şahidlik etdik. Türkiyə Superkuboku Bakıya salınarsa, orada yaşayan insanlar da sevinərlər. Ümid edirəm ki, həmin oyun Bakıda keçirilər. Əlbəttə ki, yekun qərarı Türkiyə Futbol Federasiyası verəcək”.

Xatırladaq ki, Türkiyə Superkubokunun 2024-cü ilin yanvarında keçirilməsi planlaşdırılır.