Dünən Azərbaycanda COVID-19 əleyhinə 35 min 481 doza vaksin vurulub
Səhiyyə

Dünən Azərbaycanda COVID-19 əleyhinə 35 min 481 doza vaksin vurulub

Martın 1-də Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə 35 min 481 doza vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a bildirilib ki, gün ərzində birinci doza üzrə vurulan vaksinlərin sayı 2 min 5, ikinci doza vaksinlərin sayı 2 min 71, üç və daha çox doza vaksinlərin sayı - 29 607, pozitiv nəticədən sonra "buster" doza vaksinlərin sayı 1 min 798.

Azərbaycanda indiyə qədər vurulan vaksinlərin ümumi sayı 13 milyon 17 min 868, birinci mərhələ üzrə vurulan peyvəndlərin ümumi sayı 5 milyon 300 min 633, ikinci mərhələ üzrə 4 milyon 786 min 953, üç və daha çox doza vaksinlərin sayı 2 milyon 724 min 169, pozitiv nəticədən sonra "buster" doza vaksinlərin sayı 206 min 113-dür.

AZƏRTAC