Dövlət Himnimiz əbədiliyimizin rəmzidir
Siyasət

Dövlət Himnimiz əbədiliyimizin rəmzidir

1919-cu ildə musiqisini böyük bəstəkar Üzeyir Hacıbəyov, sözlərini isə şair Əhməd Cavadın yazdığı "Azərbaycan marşı" 1992-ci il mayın 27- Azərbaycan Respublikasının Dövlət Himni olaraq qəbul edildi. Azərbaycan Respublikasının Dövlət Himnindən istifadə qaydaları Konstitusiyamız vasitəsilə tənzimlənir. Bununla yanaşı, Dövlət Himnindən istifadə qaydalarına "Azərbaycan Respublikasının Dövlət Himni haqqında Əsasnamə" ilə nəzarət edilir.

Azərbaycan Xalq Cümhuriyyəti hökuməti o dövrdə dövlətçilik ənənələrinə uyğun olaraq Dövlət Himninin yaradılması üçün səy göstərmiş, müəyyən qərarlar qəbul etmişdir. Respublikamızın Dövlət Himninin layihəsi 1919-1920-ci illərdə hazırlansa da, hərbi-siyasi qarışıqlıq nəticəsində himnimiz dövlət səviyyəsində qəbul olunmamışdı. Həmin dövrdə Xalq Maarif Nazirliyi himnin yazılması üçün müsabiqə elan etmiş, müsabiqəyə layihələrin 1920-ci il fevralın 1- qədər təqdim olunmasını, ən yaxşı himnə görə isə pul mükafatı verilməsini qərara almışdı. Bununla yanaşı, dövlətin  himnindən əlavə, gerbi möhürünün hazırlanması üzrə müsabiqə elan edilmişdi. Bu layihələr Xalq Maarif Nazirliyinin dəftərxanasına 1920-ci il mayın 1- qədər təqdim edilməli idi.

Bu atributların Azərbaycanın müstəqilliyinin ikinci ildönümünədək, yəni  28 may 1920-ci ilə qədər qanunvericilik səviyyəsində qəbul edilməsi nəzərdə tutulurdu. Lakin 1920-ci ilin 28 aprel  tarixində Azərbaycan Xalq Cümhuriyyətinin devrilməsi süqutu bu ideyaların həyata keçirilməsinə imkan vermədi.

Ulu öndər Heydər Əliyev müstəqil Azərbaycanın Dövlət Himni haqqında demişdir: "1918-1920-ci illərdə Azərbaycanda hakimiyyətdə olmuş Xalq Cümhuriyyətinin bugünkü nəsillərə qoyub getdiyi ən dəyərli miraslardan biri Azərbaycanın bu gün biz qəbul etdiyimiz, qanunla istifadə etdiyimiz dövlət himnidir. O vaxt vətənpərvər insanlar bu sahədə gözəl görmüşlər. Himnimizin sözləri bu gün bizim üçün doğmadır həqiqətən Azərbaycanın müstəqilliyini, müstəqil dövlət olmağını nümayiş etdirir".  Gələcək nəsillərin vətənpərvər ruhda böyüməsi, xalq dövlətçilik ənənələrinə rəğbət bəsləməsi baxımından ulu öndər bu məsələyə  hər zaman  xüsusi diqqət ayırırdı.

Azərbaycan dövlətinin müstəqilliyini təcəssüm etdirən müqəddəs rəmzimiz - Azərbaycanın Dövlət Himni xalqımızın, ölkəmizin əbədiyaşarlığının təminatıdır. Himnimiz  yeniyetmələrə, gənclərə, yaşlılara bir sözlə hər kəsə vətənpərvərlik hissini yaşadır. Vətənə sevgini, onun kimliyini isbat edən himn bütün xalqlar üçün müqəddəsdir. Dövlət Himnimiz milli birliyimizin təcəssümü, şəhid ruhlarının daşıyıcısıdır. Himn dövlətimizin varlığını onun əzəmətini gücünü bütün dünyada təsdiqləyən məfhumdur. Himnimizin sözləri o dövrdən xeyli vaxt keçməsinə baxmayaraq, bugünkü reallığı əks etdirir, eyni hissləri bizə aşılayır.

Hər bir azərbaycanlı milli musiqimizi, incəsənət nümunəmizi duyarkən qürur hissi yaşayır. Xüsusən , beynəlxalq məkanda Azərbaycanın əldə etdiyi uğurlardan ölkəmizin dövlət bayrağının qaldırılması, himnimizin səsləndirilməsi qürurvericidir.

Bu zaman himnimizin  əzəməti, coşqunluğu, mübariz ruhu birbaşa qəlblərimizə yol tapır. İnsanların qanını Vətən sevgisi, millət duyğusu ilə coşdurur, doğma Azərbaycanın birliyi, bütövlüyü, bölünməzliyi uğrunda mübarizəyə səsləyir.

Azərbaycan Respublikası Dövlət Himninin mətni dərsliklərin birinci səhifəsində dərc olunur. Ümumtəhsil, texniki peşə, orta ixtisas ali məktəblərdə yeni tədris ilinin birinci dərsi Dövlət Himninin öyrənilməsinə ifasına həsr edilir. Sözləri görkəmli şairimiz Əhməd Cavada, musiqisi dahi bəstəkar Üzeyir Hacıbəyova məxsus olan himnimizdə Azərbaycan xalqının tarixinin səhifələri canlandırılır. Gələcək nəsillərin yetişdirilməsində mühüm rol oynayan himnimizin sözlərində  qəhrəmanlıq Vətənin müdafiəsi uğrunda gənclərin hər zaman mücadilə etməyə, yeri gələndə şəhid olmağa, qurban getməyə hazır olmaq əzmi göstərilir.

Nurlan ABDALOV,

"Respublika".