Dövlət Dəniz və Liman Agentliyi ISO 9001:2015 Keyfiyyəti İdarəetmə Sistemi üzrə beynəlxalq uyğunluq sertifikatına layiq görülüb
İqtisadiyyat

Dövlət Dəniz və Liman Agentliyi ISO 9001:2015 Keyfiyyəti İdarəetmə Sistemi üzrə beynəlxalq uyğunluq sertifikatına layiq görülüb

Dəniz nəqliyyatı sahəsində səmərəli və effektiv idarəetmə sisteminin təkmilləşdirilməsi məqsədilə Dövlət Dəniz və Liman Agentliyi (DDLA) yüksək beynəlxalq nüfuza malik “QSI Belgelendirme Muayene ve Test Hizmetleri Ltd Şti” tərəfindən ISO 9001:2015 Keyfiyyəti İdarəetmə Sistemi üzrə beynəlxalq uyğunluq sertifikatına layiq görülüb.

Dəniz üzgüçülüyünün təhlükəsizliyi, dənizdə insan həyatının və sağlamlığının qorunması, dəniz ətrafı mühitin mühafizəsi, habelə dənizçilərin hazırlanması sahəsində tədbirlərin görülməsi, dəniz limanlarında fəaliyyətin dövlət tənzimlənməsi və s. DDLA-nın qarşısında duran başlıca prioritet vəzifələrdəndir. Agentliyin beynəlxalq uyğunluq sertifikatına layiq görülməsi də istiqamətdə üzrə öz töhfələrini verəcək.

Sertifikatın təqdimetmə mərasimində çıxış edən tərəflərin rəhbər heyəti bu əlamətdar hadisəni müsbət qiymətləndirərək yüksək keyfiyyət, səmərəlilik və məmnunluq göstəricilərini prioritet qəbul etməklə hazırlanmış standartların daima yenilənməsi və tətbiqi üçün əməkdaşlıqdan məmnunluqlarını ifadə ediblər.

Sonda “QSI Belgelendirme Muayene ve Test Hizmetleri Ltd Şti” şirkətinin direktoru Okay Kayhanlı tərəfindən ISO 9001:2015 Keyfiyyəti İdarəetmə Sistemi üzrə beynəlxalq uyğunluq sertifikatı DDLA-nın sədr müavini, sədr vəzifəsini icra edən Əfqan Cəlilova təqdim olunub.

"Respublika".