DİQQƏT VƏ QAYĞI ARTIR
Region

DİQQƏT VƏ QAYĞI ARTIR

GORANBOY

Ölkəmizdə şəhid ailələrinə və müharibə iştirakçılarına diqqət və qayğı onların sosial müdafiəsinin gücləndirilməsinə, problemlərinin vaxtında həll edilməsinə xidmət edir.

Goranboy rayonunda da şəhid ailələri müntəzəm ziyarət olunur, onlarla görüşlər keçirilir. Növbəti görüş rayon icra hakimiyyətinin və aidiyyəti xidmət sahələrinin məsul əməkdaşlarının, inzibati ərazi dairələri üzrə nümayəndələrin və bələdiyyələrin birgə iştirakı ilə Hazirəhmədli kəndində Hazirəhmədli, Qarasuçu, Göynüyən, Bəşirli, Xınalı, Kələk, Şıxlar, Qaramusalı və Həmənli kəndlərindən olan şəhid ailələri və müharibə iştirakçıları ilə keçirilib. Onların müraciətləri fərdi qaydada dinlənilib, bir hissəsi yerindəcə həll olunub.

Şəhidlərin ailə üzvləri və müharibə iştirakçıları göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.

Zabit XƏLİLOV,

"Respublika".