Diplomatiyamızın növbəti uğuru
Digər xəbərlər

Diplomatiyamızın növbəti uğuru

Brüsseldə Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin vasitəçiliyi ilə Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistan baş naziri Nikol Paşinyan arasında sayca 5-ci görüş keçirilib.

Görüşün yekunları ilə bağlı söhbətində Milli Məclisin deputatı Nəsib Məhəməliyev bildirdi ki, Şarl Mişelin bəyanatına əsaslanaraq demək olar ki, danışıqlar Azərbaycan Prezidentinin müəyyənləşdirdiyi şərtlər daxilində keçirilmiş diplomatiyamızın növbəti qələbəsi hesab etmək olar.

Görüşdə diqqətçəkən əsas məqamlara toxunan deputat qeyd etdi ki, Prezident İlham Əliyev baş nazir Nikol Paşinyan 1991-ci il Alma-Ata Bəyannaməsinə sadiq olduqlarını bildirdilər. Sərhədlərin delimitasiya demarkasiya prosesinə başlanılması razılaşdırılır. İlk dəfə rəqəmlərlə ifadə olunan, Azərbaycanın 86,6 min kv.km, Ermənistanın 29,8 min kv.km ərazisi qarşılıqlı şəkildə tanınır. İtkin düşmüş şəxslərin taleyinin həlli minatəmizləmə işlərinin gücləndirilməsinin zəruriliyi müzakirə olunur. Səhvən sərhədi keçərkən girov götürülmüş hərbçilərin azad olunması davam etdirilməlidir. Kommunikasiyaların açılması, nəqliyyat iqtisadi əlaqələrin bərpası ilə bağlı tərəflərin mövqelərində ciddi irəliləyiş hiss olunur. Naxçıvana Naxçıvandan keçən dəmir yolu tikintisinin birlikdə aparılması üçün razılaşmanı yekunlaşdırmaq qərara alınır. Məsələnin həlli üçün Ümumdünya Gömrük Təşkilatının dəstəyindən istifadə etmək barədə razılıq əldə olunur.

Deputat erməniləri məyus edən məqamları da açıqlayıb. Laçın rayonu ərazisində, dövlət sərhəd-nəzarət-buraxılış məntəqəsi beynəlxalq hüquq normalarına uyğundur. Qarabağ ermənilərinin problemləri Azərbaycanın daxili işidir. Ermənistanın bütün cəhdlərinə rəğmən, Makronun danışıqlarda iştirakı baş tutmur. Nəticə etibarilə əvvəlki görüşlərdə olduğu kimi, beşinci Brüssel görüşü Azərbaycan diplomatiyasının, şəxsən Prezident İlham Əliyevin aktivinə yazılmalıdır.

Burada bir nüansı xatırlatmaq istərdim. Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin təşkil etdiyi format ölkəmizin siyasi, iqtisadi maraqlarına cavab verir. İndiki zamanda Azərbaycanın Avropa üçün əhəmiyyətini, demək olduğunu Şarl Mişel başa düşür sülhyaratma prosesinə ciddi yanaşır. Yetər ki, Ermənistan tərəfi, şəxsən baş nazir Paşinyan tarixi məsuliyyəti düzgün dəyərləndirsin. Üzərinə götürdüyü öhdəlikləri yerinə yetirsin. Biz dəfələrlə, Paşinyanın tez-tez fikirlərini dəyişdiyini, əldə olunan razılıqları pozduğunun şahidi olmuşuq. Bax, burada ciddi problem var.

M.NƏRİMANOĞLU,

"Respublika".