DİN: Ötən gün 8 odlu silah polis əməkdaşlarına könüllü təhvil verilib
Gündəm

DİN: Ötən gün 8 odlu silah polis əməkdaşlarına könüllü təhvil verilib

Polis əməkdaşları qanunsuz saxlanılan odlu silahların könüllü təhvil verilməsi ilə bağlı profilaktiki tədbirləri davam etdirir.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən "Respublika"ya bildirilib ki, yanvarın 3-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 1 ədəd avtomat silahı və 7 ədəd müxtəlif markalı tüfəng təhvil götürüblər.