Masallının Mahmudavar kəndindən olan Dəniz Sattarli dünyanın ən yaxşı, tanınmış universiteti, Amerikada yerləşən Massachusetts Texnologiya Universitetinə bakalavr üzrə qəbul olub. O, ölkəmizdə bu universitetə daxil olan ilk qız məktəblisidir.
“Respublika” xəbər verir ki, Dəniz Zaur qızı Səttarlı 2006-cı ildə Masallı rayonu Mahmudavar kəndində dünyaya göz aşıb. İlk təhsilini doğma Mahmudavar məktəbində alıb. 2017-ci ildə 2-ci yerlə Türkiyə Dəyanət Vəqfi Bakı Türk Liseyində oxuyub.
2020-2021-ci tədris ilində 9-cu siniflər üzrə buraxılış imtahanında 300 bal yığaraq maksimum nəticə ilə respublika birincisi adını qazanıb.
Daha da həvəslə oxuyan Dəniz iki il ard-arda Respublika fənn Olimpiadaların birinci olur. Yəni ilk olaraq 2021-ci ildə 9-cu siniflər arasında keçirilən Kimya üzrə Respublika Fənn Olimpiadasında 1-ci yer tutaraq qızıl medal alıb. Ardınca 2022-ci ildə 10-cu siniflər arasında keçirilən Kimya üzrə Respublika Fənn olimpiadasında yenidən qızıl medala layiq görülüb.
Ötən ilin (2022) 10-18 iyul tarixlərində Çində 54-cü Beynəlxalq Kimya Olimpiadasında (ICHO) isə Dəniz bürünc medala sahib çıxıb.
Qeyd edək ki, buna qədər Mahmudavar kəndindən xanım olaraq yalnız Arzu Ağayeva Amerikada ali təhsil almağa müvəffəq olmuşdu. Belə ki, Los Angelesdə bakalavr təhsili alan A. Ağayeva hazırda Bruklin şəhərində yaşayır.
Zəfər ORUCOĞLU,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü