Daimi seçicilər siyahısının tərtib edilməsi və dəqiqləşdirilməsinə yekun vurulub
Gündəm

Daimi seçicilər siyahısının tərtib edilməsi və dəqiqləşdirilməsinə yekun vurulub

Mərkəzi Seçki Komissiyasının 27 may 2024-cü il tarixli növbəti iclası keçirilib.
"Respublika" xəbər verir ki, iclasdan əvvəl ilk olaraq seçici siyahılarının çapı və saxlanması şəraiti ilə tanışlıq olub. Daha sonra MSK-nın 7 may 2024-cü il tarixli iclas protokolu təsdiq edilib.  
Komissiyanın iclasında 2024-cü ilin daimi seçici siyahılarının tərtib edilməsi və dəqiqləşdirilməsi işi başa çatmış hesab edilərək, siyahıların məntəqə və dairə seçki komissiyaları tərəfindən təsdiq olunması üçün aidiyyəti üzrə dairə seçki komissiyalarına göndərilməsinə, tərtib edilmiş seçici siyahılarının qanunvericiliklə müəyyənləşdirilmiş qaydada və müddətdə təsdiq olunması işinin müvafiq dairə seçki komissiyalarına həvalə edilməsinə, Azərbaycan Respublikası üzrə seçicilərin daimi siyahısının dövlət avtomatlaşdırılmış informasiya sistemi vasitəsilə tərtib edilərək, Seçki Məcəlləsinin tələbləri nəzərə alınmaqla təsdiqləndikdən sonra Komissiyanın internet saytında yerləşdirilməklə ictimailəşdirilməsinə qərar verilib.
Dəqiqləşdirmə prosesinin sonunda ölkə üzrə vahid seçicilər siyahısına 6 milyon 326 min 764 seçici daxil edilib. Onların 47,55 faizi kişi, 52,45 faizi isə qadınlardır.

Tacir SADIQOV,

"Respublika"