Daha bir qazimiz sağalaraq Vətənə geri dönüb
Sosial həyat

Daha bir qazimiz sağalaraq Vətənə geri dönüb

Ağır yaralanan "YAŞAT" Fondu tərəfindən Türkiyəyə müalicə üçün göndərilən qazimiz Həşimov Qismət Razim oğlu sağalaraq Vətənə qayıdıb.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, qazimizin qarşıdakı aylarda müalicəsi üçün nəzərdə tutulan dərman vasitələri Fond tərəfindən təmin ediləcək

İndiyə qədər 178 qazimiz müalicə üçün Türkiyəyə göndərilib. Onlardan 176-nın müalicə proseduru artıq uğurla yekunlaşıb Vətənə qayıdıblar.

"YAŞAT" Fonduna müraciət etmək Fondun fəaliyyəti ilə tanış olmaq üçün yashat.gov.az portalı istifadədir. Fondun hesabatlılığı ilə tanış olmaq üçün keçid: https://yashat.gov.az/report/tableau

Fondun 8110 "Çağrı Mərkəzi" fəaliyyət göstərir.