Daha 29 Vətən müharibəsi iştirakçısı polis orqanlarında xidmətə qəbul olunub
Digər xəbərlər

Daha 29 Vətən müharibəsi iştirakçısı polis orqanlarında xidmətə qəbul olunub

İyulun 13-də daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov respublikanın şəhər, rayon polis orqanlarında sıravi və kiçik rəis heyəti vəzifələrində xidmət etmək arzusunda olan gənclərin növbəti sıra baxışını keçirib.

“Respublika” xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, sıra baxışında Daxili İşlər Nazirliyinə onlayn qaydada müraciət etmiş gənclərdən daha hazırlıqlı olan 236 nəfər seçim turunun növbəti mərhələsinə buraxılıb. Onlardan 29 nəfərinin Vətən müharibəsi iştirakçısı olduğu vurğulanıb.

Gənclər qarşısında çıxış edən nazir Vilayət Eyvazov xidmətə qəbulun şəffaflıq və aşkarlıq prinsipləri əsasında keçirildiyini qeyd edib. O, seçim turunun digər mərhələlərindən də uğurla keçərək daxili işlər orqanlarında xidmətə qəbul ediləcək gənclərə gələcək fəaliyyətlərində uğurlar arzulayıb, tapşırıq və tövsiyələrini verib.