COVİD-19-un yeni variantının peyvəndi tapılıb
Səhiyyə

COVİD-19-un yeni variantının peyvəndi tapılıb

ABŞ-ın əczaçılıq və biotexnologiya firması Moderna yüksək mutasiyaya uğramış BA.2.86 (Pirola) altvariasiyasına qarşı yenilənmiş Covid-19 peyvəndinin təsirli ola biləcəyini açıqlayıb. 

"Respublika" xəbər verir ki, bu barədə "CNN" saytı məlumat yayıb. 

Hələ Amerika Qida və Dərman Administrasiyasının təsdiqini almayan peyvəndin bu ayın sonu və ya oktyabrın əvvəlində hazır olacağı gözlənilir. Digər tərəfdən Moderna bildirib ki, EG.5 və ya Eris kimi tanınan başqa bir altvariasiyaya qarşı peyvənd hazırlamaq üzərində işləyirlər.