Aprelin 7-də Azərbaycanda COVID-19 əleyhinə 9 min dozadan çox vaksin vurulub
Səhiyyə

Aprelin 7-də Azərbaycanda COVID-19 əleyhinə 9 min dozadan çox vaksin vurulub

Aprelin 7-də Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə 9 min 497 doza vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a bildirilib ki, gün ərzində birinci doza üzrə vurulan vaksinlərin sayı 630, ikinci doza vaksinlərin sayı - 760, üç və daha çox doza vaksinlərin sayı - 7 min 588, pozitiv nəticədən sonra "buster" doza vaksinlərin sayı - 519-dur.

Azərbaycanda indiyə qədər vurulan vaksinlərin ümumi sayı 13 milyon 523 min 432, birinci mərhələ üzrə vurulan peyvəndlərin ümumi sayı 5 milyon 329 min 250, ikinci mərhələ üzrə 4 milyon 830 min 745, üç və daha çox doza vaksinlərin sayı 3 milyon 131 min 203, pozitiv nəticədən sonra "buster" doza vaksinlərin sayı 232 min 234-dür.

AZƏRTAC