COVID-19-un yeni ştamının artıq bir çox ölkədə geniş yayılması aşkarlanıb
Səhiyyə

COVID-19-un yeni ştamının artıq bir çox ölkədə geniş yayılması aşkarlanıb

JN.1 ştamı COVID-19-un yeni bir variantıdır. İngiltərənin Səhiyyə Təhlükəsizliyi Agentliyi bu virusun koronavirusa yoluxanların bəzilərində aşkarlandığını bildirib.

Yeni ştam ABŞ-da ilk dəfə sentyabrda aşkarlansa da, son həftələrdə iki dəfə çoxalıb. Yüksək yoluxduruculuğa malik subvarianta artıq 41 ölkədə rast gəlinib. Danimarka, İspaniya, Belçika, Fransa və Hollandiya da daxil olmaqla, bir sıra Avropa ölkəsində, habelə  Avstraliya, ABŞ, Asiya və Kanadada xəstəxanaya edilən müraciətlərin sayında artım müşahidə olunur. Sürətli yoluxma qabiliyyəti olsa da, virulent və fotogenliyinin daha aşağı olduğunu da qeyd etmək lazımdır. Ölkədə COVID-19-a gündəlik yoluxmanın təxminən 44 faizi yeni ştamın payına düşür. Əvvəlki hesablamalara əsasən bu göstərici 21,4 faiz olub. "JN.1"i "Omikron" ştamının yarımnövü kimi də adlandıra bilərik. Yoluxuculuq qabiliyyətinin yüksək olmasına baxmayaraq, hələ tam olaraq xarakteristikası müəyyən olunmayıb, öyrənilmə mərhələsindədir. Ştamın tam xüsusiyyəti bəlli deyil, lakin ishalın digər viruslara nisbətən daha çox olduğu bildirilir.  Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən narahatlıq doğuracaq hal kimi qeyd olunub. Yəni bu xəbərdarlıq siqnalıdır və ehtiyatlı olmaq lazımdır. Amma mən düşünürəm, bizim üçün çox təhlükəli deyil. Bizdə COVID-lə bağlı problem demək olar ki, yoxdur, tam kollektiv immunitet formalaşıb. Bu tip xəstəliklərdə payız-qış aylarında yoluxma daha sürətli olur. Bu səbəbdən artma ola bilər, amma bu, hər hansı bir problemə səbəb olmayacaq. Çünki ağırlaşmalar müşahidə olunmur. Lakin yenə də sosial məsafə saxlamalı, şəxsi gigiyena qaydalarına əməl olunmalı, tibbi maskadan istifadə edilməlidir. Bu qaydalara riayət olunduğu təqdirdə, yoluxma sayında artım müşahidə edilməyəcək.

Mərdan ƏLİYEV,

infeksionist-hepatoloq.