Dövlət xəstəxanalarına xaricdən cəlb olunan həkimlərin sayı açıqlanıb
Səhiyyə

Dövlət xəstəxanalarına xaricdən cəlb olunan həkimlərin sayı açıqlanıb

Xaricdə fəaliyyət göstərən 102 həkim dövlət tibb müəssisələrində işə cəlb olunub.

"Respublika" xəbər verir ki, bu barədə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev qurumun illik hesabatını təqdim edərkən məlumat verib.

Onun sözlərinə görə, bu gün özəl xəstəxanalarda çalışan həkimlərdən dövlət tibb müəssisələrində çalışmaq üçün müraciət edənlər də var.