ABŞ Qida və Dərman İdarəsi (FDA) Alzheimer xəstəliyinin inkişafını yavaşlatdığı sübut edilən "Leqembi" adlı dərman hazırladıqlarını açıqlayıb.
"Respublika"nın NTV saytına istinadən verdiyi məlumata əsasən, FDA-nın Neyrologiya Ofisinin rəhbəri Teresa Buracchi qeyd edib ki, FDA-nın təsdiqi dərmanın Alzheimer xəstələri üçün "təhlükəsiz və effektiv" müalicə olduğunu təsdiqləyir.
Araşdırmalara görə, dərmanın beyindəki amiloid-beta lövhələrini hədəf alaraq, 18 aylıq müalicə ilə xəstəliyin gedişatını 27% yavaşlatdığı nümayiş edilib. Lakin bununla yanaşı, mütəxəssislər qeyd edir ki, ola bilsin dərman sadəcə xəstəliyin ilkin mərhələsində olan şəxslərə təsir edə bilər.
Alzheimer Dərnəyi bildirir ki, təkcə ABŞ-da 65 yaşdan yuxarı 6.7 milyon alzheimer xəstəsi var.
Töhfə SƏMƏDOVA,
"Respublika".