COP29-un təşkilində IPCC ilə əməkdaşlıq imkanları müzakirə olunub
İqtisadiyyat

COP29-un təşkilində IPCC ilə əməkdaşlıq imkanları müzakirə olunub

İqlim Dəyişmələri üzrə Hökumətlərarası Ekspert Qrupunun (İPCC) 60-cı sessiyası çərçivəsində Azərbaycan nümayəndə heyəti IPCC sədri professor Cim Skea və IPCC katibinin müavini Ermira Fida ilə görüşüb.

Bu barədə "Respublika"-ya Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, görüş zamanı Bakı şəhərində keçiriləcək COP29 tədbirinin təşkilində IPCC ilə əməkdaşlıq imkanları, eyni zamanda, alimlərin iştirakı ilə tematik konfransların təşkili məsələləri müzakirə edilib.

Qeyd edək ki, İqlim Dəyişmələri üzrə Hökumətlərarası Ekspert Qrupunun 60-cı sessiyası yanvarın 16-da Türkiyənin İstanbul şəhərində işə başlayıb.