Çin dörd peykini orbitə buraxıb
Dünya xəbərləri

Çin dörd peykini orbitə buraxıb

Çinin “Long March 2D” daşıyıcı aparatı dörd peyki uğurla Yer orbitinə çıxarıb. 

"Respublika" xəbər verir ki, bu barədə Çin Aerokosmik Elm və Texnologiya Korporasiyası məlumat yayıb. Bildirilib ki, raket yerli vaxtla saat 06:50-da Tayyuan kosmodromundan buraxılıb. Məlumatına görə, orbitə üç “Sixiang Earth” məsafədən zondlama peyki və “Lingxi-03” kosmik gəmisi çıxarılıb.

Qeyd edək ki, Çin kosmosa ilk özəl TL-2 Y1 raketini bu ilin aprel ayında buraxmışdı. 

Jalə QASIMZADƏ, 

"Respublika".