Ceyranbatan su anbarına yaxın ərazidə yanğın baş verib
CƏMİYYƏT

Ceyranbatan su anbarına yaxın ərazidə yanğın baş verib

Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Abşeron rayonu, Xırdalan şəhərində Ceyranbatan su anbarına yaxın ərazidə quru otluq sahədə yanğın olması barədə ilkin məlumat daxil olub. 

"Respublika" xəbər verir ki, bu barədə FHN məlumat yayıb. Bildirilib ki, məlumatla əlaqədar nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub. 

Hazırda yanğınsöndürmə işləri həyata keçirilir. Əlavə məlumat veriləcək.