Ceyhun Bayramov  BMT-nin yeni təyin olunmuş  nümayəndəsini qəbul edib
Siyasət

Ceyhun Bayramov BMT-nin yeni təyin olunmuş nümayəndəsini qəbul edib

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) yeni təyin olunmuş Azərbaycandakı nümayəndəsi Muhammad Nasar Hayatı qəbul edib.

"Respublika" xəbər verir ki, bu barədə nazir öz şəxsi tvitter hesabında paylaşım edib.

"FAO-nun Azərbaycan Respublikasındakı Nümayəndəsi Nasar Həyatı qəbul etməkdən şadam. Biz Azərbaycan-FAO əməkdaşlığının perspektivlərini müzakirə etdik. Görüşdə Azərbaycanın regionda yenidənqurma və sülh səyləri, o cümlədən kənd təsərrüfatı fəaliyyətlərinə mane olan mina təhlükəsi haqqında məlumat verildi".

Qeyd edək ki, görük çərçivəsində təşkilatın nümayəndəsinin etimadnaməsi nazir Ceyhun Bayramova təqdim olunub. Nazir Ceyhun Bayramov nümayəndəyə ölkəmizdəki fəaliyyətində uğurlar arzulayıb. 

Töhfə SƏMƏDOVA,

"Respublika".