Çanaqqalada Azərbaycan şəhidlərinin xatirə abidəsi ucaldılıb
Sosial həyat

Çanaqqalada Azərbaycan şəhidlərinin xatirə abidəsi ucaldılıb

Çanaqqalada Azərbaycan şəhidlərinin xatirə abidəsi ucaldılıb.

AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov tviter hesabında yazıb.

"Çanaqqala Zəfərinin 108-ci ildönümündə Çanaqqala Şəhidliyində türk qardaşlarımızla birlikdə bu müqəddəs torpaqda canlarını fəda edən Azərbaycan şəhidlərinin xatirəsinə ucaldılan abidə ziyarətçilərin istifadəsinə verilib", - səfir qeyd edib.