Xarici İşlər Nazirliyinin rəhbər heyəti Ulu Öndərin məzarını və Şəhidlər xiyabanını ziyarət edib
Sosial həyat

Xarici İşlər Nazirliyinin rəhbər heyəti Ulu Öndərin məzarını və Şəhidlər xiyabanını ziyarət edib

Xarici İşlər Nazirliyinin rəhbər heyəti 9 İyul - Diplomatik xidmət orqanları əməkdaşlarının peşə bayramı günü münasibətilə Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət edib.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AZƏRTAC-a bildiriblər ki, XİN rəhbərliyi əvvəlcə xalqımızın ümummilli lideri Heydər Əliyevin xatirəsini yad edib və məzarı önünə əklil qoyublar.

Həmçinin Şəhidlər xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının məzarları üzərinə tər çiçəklər düzülüb, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyulub.

AZƏRTAC